Qadınların kişilərdə görmək istədiyi 5 xüsusiyyət

Əslində qarşı tərəfdən ən təbii insani xüsusiyyətləri gözləmək sadəcə cinsiyyətə aid bir xüsusiyyət deyil. Qadınların kişilərdən, kişilərin də qadınlardan bəzi gözlədikləri xüsusiyyətləri var. Qarşılıqlı nə qədər yerinə yetiririk müzakirə edilər amma bir qadının bir kişiyə tamamilə təslim ola bilməsi üçün vacib və lazım olan xüsusiyyətlər olmalıdır.
Nəzakətlilik.
Qadınların ciddi kişiləri bəyəndiyi məlumatı tamamilə səhf bir məlumatdır. Psixologiyası normal bir qadın bir kişi tərəfindən qorxudulmağı və alçaldılmağı istəməz. Bir qadının bir kişidə ən cazibədar və səmimi tapdığı xüsusiyyət nəzakətlilikdir. Hər qadın qarşısında nəzakətli, ona diqqətli davranan, hərəkətləri ölçülü bir kişi görmək istəyir
Düşüncəli davranışlar.
Qadın diqqət və qayğı görmək,ən azından bunu hiss etmək istər. Çox böyük hərəkətlərə ehtiyac yoxdur. Bəzən bir telefon zəngi, bəzən də tək bir şokolad, çiçək böyük iş görür.
Güvən duyğusu.
Hər qadın kişinin ən başda güvənə biləcəyi biri olmasını istər. Həm maddi, həm mənəvi mənada ən çətin günündə yanında ola biləcəyini bildiyi bir kişi üçün varını-yoxunu ortaya qoymağa, daim o kişinin yanında getməyə hazırdır.
Sadiqlik.
Əslində kiçikliyindən etibarən qadınlar kişilərin çox arvadlılığa uyğun olduğu məlumatıyla böyüyər.Amma yenə də onlar sadiq bir kişi axtarışındadır.
Bəli,kişilər…İşiniz elə də asan deyil.Xoşbəxt olmaq isdəyirsinizsə, tələb olunan qaydaya riayət etməyiniz məsləhətdirJ Çünki sizin xoşbəxtliyiniz qadınınızın əlindədir.