Kişilərin bədənlərində diqqət etməli olduqları dəyişikliklər

Kişilərin bədənlərində diqqət etməli olduqları dəyişikliklər.
Kişilərdə saç tökülmüsə, cinsi həvəsin azalması, sinənin böyüməsi, daha çox sidiyə çıxma, testislərdə ağrılar....səbəb nədir?
Sinənin böyüməsi.
Kişilərin sinəsi 3 səbəbdən böyüyə bilər.
1.Artıq çəki problemi və ya çox pivə içilməsi.
2.Ginekomastiya. Estrogen və testesteron tarazlığının pozğunluqlarından qaynaqlanan sinə toxuması böyüklüyü, çox vaxt cüt tərəfli, nadir də olsa tək tərəfli olaraq meydana gəlir. Dünyada hər 18 kişidən 1-nin qarşı-qarşıya olduğu bu problemin sürətlə artdığını nəzərə alsaq, bu artımda düzgün qidalanmama vərdişləri və hərəkətsizliyin əsas olduğu vurğulanır.
3.Qaracıyər xəstəlikləri.Qaraciyər zərər gördüyü zaman bədəndə hormonal dəyişikliklər yarana bilir.
Yaşlı kişilərdə isə bu vəziyyət testistlərin funksiyasını itirməsi səbəbindən qaynaqlana bilər.
Gecələr normadan artıq sidiyə getmə.
Gecələr tualetə tez-tez getmək və hətta sidiyi tuta bilməmək kimi şikayətləriniz varsa təcili olaraq uroloqa müraciət etməyiniz məsləhətdir.
Cinsi həvəsin azlığı.
Yaş artıqca kişilərin yataqdakı performansı azala bilir.Ancaq son araşdırmalara görə 40 yaşdan aşağı kişilərdə də cinsi zəiflik baş verir.Bu nəticə kişilərin cinsi həvəsinin yalnız yaşla bağlı olmadığını göstərir.Stress,həyəcan,diaybet,ürək-damar xəstəlikləri kimi faktorlar da kişilərə təsir göstərir.
Penisdə əyrilik.
Ereksiya halında penisin bir qədər əyilməsi normal ola bilər.Ancaq normal zamanlarda hər hansı dəyişiklik hiss etdiyiniz zaman diqqətli olmağınız lazımdır.Penis əyriliyi probleminiz ola bilər.
Saç tökülməsi.
Kişilərdə yaş artıqca saç tökülməsi normal qəbul edilə bilər.Ancaq saç tökülməsinin başqa səbəbləri də ola bilər və şikayətiniz davam edirsə həkimə müraciət etməyiniz məsləhətdir.