Close

(+994 50) 555-20-30

info%drseymur#az

Hər sərtləşmə xoşbəxtlik vermir!

Kateqoriya: KİŞİ KLUBU
  • 22 iyun
    2018
  • 12:26
  • 1001
  • 0
    0
22.06.2018 - 12:26
1001
0

Kişilərdə bəzi hallarda penisin sərtləşməməsi deyil, sərtləşmənin keçməməsi problem halına gəlir. Xüsusilə, həkim tərəfindən yazılmayan dərman qəbulu da  belə bir təhlükəni yarada bilər. Priapizm adı verilən bu xəstəlikdə baxmayaraq ki, cinsi istək və xəbərdarlıq yoxdur, ancaq sərtləşmə sonlanmaz və davam edər. Beləliklə, qeyri-iradi şəkildə davam edən  bir sərtləşmə baş verər. Priapizm zamanı, normal sərtləşmədəki kimi  penisdə qan dövranı baş verib sərtləşəcək, lakin cinsi aktivlik  və ya həvəsləndirici vəziyyət keçdikdən  sonra da sərtləşmə istəmədən davam edəcək.

Bəzən penisə vurulan iynələrdən və ya sərtləşmə üçün istifadə edilən kortəbii dərman qəbulu nəticəsində priapizm baş verə bilir. Priapizmdə ən vacib məsələ erkən müdaxilədir. Gecikildiyi zaman hətta penis sərtləşmə qabiliyyətini itirə bilər.  

Semptomlar hansılardır?

Priapizm zamanı  penisin gövdəsi sərtləşir, ancaq penisin başı yumşaq olaraq qalır. Sərtləşmə altı saata qədər davam edə bilər və kəskin ağrılar verər. Cinsi  əlaqə və ya mastürbasyon, boşalma vəziyyətin  yaxşılaşmasına kömək etmir. Penisdə qan dövr edə bilmədiyindən, hissiyat yox olur və toxumalar zədələnir. Bəzən priapizmdə heç bir ağrı olmur və penis yarısərt vəziyyətində olur.  

Belə vəziyyətdə gecikmədən həkim müayinəsinə getmək, nəzarətdə qalmaq mütləqdir.Həkiminiz problemin dərəcəsinə uyğun müalicə metodu seçəcəkdir. Priapizm zamanı diaqnoza əsasən dərman müalicəsi və ya əməliyyat seçimi edilir.

Xəstəliyin zamanında nəzarətə alınıb müalicə edilmədiyi təqdirdə qalıcı sərtləşmə problemləri yaşana bilər.Belə vəziyyətlərdə penisin sərtləşməsini,normal funksiyasını təmin etmək üçün  penis protezi tətbiq oluna bilir.