Close

(+994 50) 555-20-30

info%drseymur#az

İdman etməyi sevməyən kişilər... sizə sözümüz var

Kateqoriya: KİŞİ KLUBU
  • 04 sentyabr
    2018
  • 14:38
  • 433
  • 0
    0
04.09.2018 - 14:38
433
0

Kişilər, diqqət! Araşdırmalar nəticəsində məlum olub ki, idmanla məşğul olan kişilərin cinsi performansı idman etməyənlərə nisbətdə daha çox olur.

Hər zaman həkimlərin dediyi bir söz vardır , əgər bir kişinin çəkisi normadan artıqdırsa, kişilik hormonu sayılan testesteron azalar və buna bağlı olaraq da cinsi aktivlik də aşağı düşər.Buna görə də idmanla məşul olub artıq çəkidən xilas olmaq ,yağlı toxumalardan xilas olub əzələ kütləsini artırmaq lazımdır.

Ancaq araşdırma tək artıq çəkisi olan kişiləri deyil,normada olanların da idmanla məşğul olmaqlarını önəmli sayır.Həftənin 4 günü yarım saat qaçaraq idman edən kişilər eyni yaşda və eyni kiloda olan kişilərə nisbətdə cinsi problemlərdən daha az əziyyət çəkirlər.Mütəxəsislər ümid edirlər  ki, ürək sağlamlığı üçün idman etməyən kişilər  cinsi sağlamlığı üçün idman etməyə məcbur olacaqlar .

İdmanla məşğul olmağın qan dövranını artırdığını deyən mütəxəsislər bunun həm də penisə gedən qanı çoxaldaraq daha yaxşı sərtləşməyə səbəb olduğunu vurğulayırlar.

Səbəb nə olursa olsun idmanla aktiv məşğul olmaq sağlamlığınız və cinsi həyatınız  üçün önəmli rol oynayır.