Qadınlar kişilərdə nə axtarır?

Qadınlar kişilərdən nə gözləyir? Bir qadını təəccübləndirmək və möhkəm bir münasibət qurmaq üçün kişilər bu xüsusiyyətlərə diqqət edə bilərlər.
Bütün qadınların eyni zövqə malik olduğunu söyləyə bilmərik,ancaq bir qadın bir kişiyə diqqət göstərməsi üçün müəyyən xüsusiyyətlərə sahib olmasını istəyər. Bu xüsusiyyətlər də demək olar ki,bütün qadınlarda eyni şeylərdi.
Necə ki,kişilər qadınların ən incə xüsusiyyətlərinə kimi incəliyib, gözəl,çirkin,cazibədar kimi müqayisələr aparırsa,qadınlar da kişilər haqqında hər hansı fikir formalaşdırmaq üçün ölçüb-biçirlər.
Bir kişinin bir qadına cazibəli görünməsi üçün lazım olanlar.
Göründüyün kimi ol
Hər nə qədər insanın daxili gözəlliyi önəm daşısa da,qadınların diqqətini çəkmək üçün xoş,təmiz və tərzli görünüşə sahib olmalısınız.Əlbəttdə,dəbdə olan geyimlərdən zövqlə istifadə etmək hər kəsin seçimi ola bilər.Ancaq zövqlü geyimdən öncə diqqət etməli olduğunuz nüans geyiminizin və özünüzün təmiz və səliqəli olmasıdır.
Davranışlar
Zövqlü tərzə sahib oldunuz.Amma hər şey bununla bitmir...Qadınların diqqət etdiyi əsas kişilərin davranışlarıdır.Nəzakətli və qarşısındakı insana hörmətlə yanaşmaq qadınların bəyəndiyi xüsusiyyətlərdəndir.
Dostlar...
“ Mənə dostunu söylə,sənə kim olduğunu deyim “ deyib atalarımız.Həqiqətən də,hər kəs öz düşüncəsinə uyğun insanlarla dostluq etməyə üstünlük verirlər.Həm özünüz üçün,həm də qadınların sizin haqqınızda düşüncələrinin formalaşmağı üçün dostlarınızı seçərkən diqqət edin.
Qoxu
Təmiz geyinmək qadınlar üçün əsaslardandır dedik.Bundan əlavə,özünüzün də təmiz olmağına və gözəl qoxmağınıza diqqət edin.Çünki,qoxu yaddaşı insanlarda heç bir zaman silinmir.
Qadınların kişilərdən daha çox emosional olduğunu nəzərə alsaq,sizi xoş bir qoxu ilə xatırlamağı sizin üçün də əhəmiyyətli olacaq.