Close

(+994 50) 555-20-30

info%drseymur#az

İdman ayaqqabısı seçərkən nəyə diqqət etmək lazımdır?

Kateqoriya: KİŞİ KLUBU
  • 06 iyul
    2019
  • 15:58
  • 270
  • 2
    0
06.07.2019 - 15:58
270
0

Hər kəsin qarderobunda ən az bir ədəd də olsa idman ayaqqabısı mütləq ki var.Son zamanlar trend olan idman ayaqqabılarında əsas diqqət edilməli olan isə rahatlıq və ayaq sağlığıdır.Yeni idman ayaqqabısı almağa qərar verirsinizsə,diqqət etməli olduğunuz ayaqqabını idman üçün yoxsa adi günlərdə geyinmək üçün aldığınız və təbii ki rahatçılığıdır.

Əgər idman üçün ayaqqabı alacaqsınızsa,günün ikinci yarısı alış-veriş edin.Çünki idman edərkən ayaqlar hərəkət etdiyi üçün şişir.Dar idman ayaqqabısı isə şişkin ayaqları narahat etdiyindən rahat ola biləcəyiniz idman ayaqqabısını almaq məsləhətdir.Yarım və ya bir ölçü böyük ola bilər.

Bundan başqa,ayaqqabının keyfiyyəti də çox önəmlidir.Ayağı tərlətməyən və pis qoxmayan ayaqqabılar seçiminiz olmalıdır.

Ayaqqabıda olan əlavə aksesuarlar,ayaqqabı ipləri idman edərkən sizə maneə olmamalıdır.

İdman ayaqqabısı üçün satılan  corablardan istifadə olunmalıdır.

Rahat idman ayaqqabısında bütün ayaq barmaqlarınızı hərəkət etdirməlisiniz.