Close

(+994 50) 555-20-30

info%drseymur#az

Stressli kişiləri gözləyən təhlükə

Kateqoriya: KİŞİ KLUBU
  • 22 avqust
    2019
  • 16:13
  • 473
  • 0
    0
22.08.2019 - 16:13
473
0

Bir çox xəstəliyin stressə bağlı olduğunu hər kəs bilir.Ancaq bildiyimiz xəstəliklərdən başqa  bilmədiyimiz ,sağlamlığa təsir edəcək ,xəstəlik yaradacaq problemlər də vardır.

Son illərdə aparılan araşdırmalar  nəticəsində stressin yaratdığı xəstəliklərdən yuxusuzluq,iştahsızlıq baş və əzələ ağrıları,depressiya,mədə-bağırsaq ağrıları və s.də  insana gündəlik həyatında həddən artıq təsir etdiyi müəyyən olunub. Ancaq sadalanan bu xəstəliklərdən başqa stress kişilərdə testosteronun aşağı düşməsinə də səbəb olur.

Stress testosterona necə təsir edir?

Testosteron hormonu kişilərdə testislərdə yaranır və  beyindən ifraz olunan hormonlar kişi orqanizmində gündə təxminən 5-7 mq testosteron istehsal edərək, testisləri stimullaşdırır. Bu sistem beyində testislərdə istehsal olunan hipotalamusa, hipofizə, hormonlara nəzarət edir. Testosteron istehsalını təmin edən bu sistemi bağlayacaq bir çox risk faktoru var.Testis travması,qulaqdibi,artıq çəki və yaş artımı kimi bir neçə faktorlar testosteron hormonuna təsir edib aşağı sala bilir.Stress də bu faktorlardan biridir. Testislərdə testosteron istehsalını stimullaşdıran beyin bölgələri, duyğuları və stressi idarə edən sinir sistemi ilə birgə işlədiyi üçün həddindən artıq stres vəziyyətində testosteron istehsalını artıran siqnallar düşür. Bu o deməkdir ki, həddindən artıq stres altında, narahat və xoşbəxt olmayan, sinirlərini idarə edə bilməyən və ya həyatından daha az məmnun olan , məqsədlərinə çatmayan kişilərdə testosteron daha az istehsal olunur. Bu vəziyyətdə orta yaşlardan sonra başlayan andropoz daha erkən yaşda yaşana bilir.

Testosteron çatışmazlığının simptomları

Testosteron çatışmazlığının bir çox əlaməti var. Ən vaciblərindən biri cinsi problemlərdir. Cinsi istəksizlik, erektil disfunksiya və boşalmada dəyişikliklər aşağı testosteronu olan kişilərdə müşahidə edilir. Belə kişilər kilo almağa, metabolik problemlər yaşamağa və əzələ ,sümük gücünün azalmasına meyillidirlər. Üstəlik testosteron azaldıqca bu kişilərin streslərini idarə etmələri çətinləşir. Testosteron çatışmazlığı yorğunluq, həssaslıq hissini artırır.

Testosteronun aşağı olub-olmamasını qan təhlili nəticəsində bilmək mümükündür.Bundan başqa həkim-uroloqa müraciət edib şikayətlərinizə uyğun müalicə ala bilərsiniz.

 Ancaq həqiqi bir müalicə haqqında danışırıqsa, stresi unutmamalıyıq. Stress həm terapiya, həm də istirahət məşqləri  kimi əsas diqqət üsulları ilə nəzarət altına alınmalıdır. İstirahət etmək, bədəni və zehni sakitləşdirmək vacibdir.