Close

(+994 50) 555-20-30

info%drseymur#az

Kişilərin qəbul etməli olduğu qidalar.

Kateqoriya: KİŞİ KLUBU
  • 22 oktyabr
    2019
  • 11:27
  • 4125
  • 3
    0
22.10.2019 - 11:27
4125
0

Bədən quruluşlarına görə kişilərin mütəmadi olaraq qəbul etməli olduqları qidalar qadınlara görə dəyişir.Bəs kişilər kişilər sağlam və xoşbəxt olmaq üçün hansı qidaları qəbul etməlidirlər?

1.Qabıqlı dəniz məhsulları

Xüsusilə sinklə zəngin olan qabıqlı dəniz məhsulları kişi reproduktiv sisteminə əhəmiyyətli dərəcədə təsir edən qidalardır. Sink ürək və əzələ inkişafı üçün də xeyirlidir, pəhrizdə olan kişilərin dəniz məhsulları qəbul etməsi məsləhətdir.

2. Badam

Bir çox faydası olan badam E vitamini, kalsium, fosfor, dəmir və maqneziumla zəngindir. Bədənin tərkibindəki yağla arıqlamağı asanlaşdıran badam, fiziki və zehni yorğunluğu aradan qaldırır, böyrək və sidik kisəsi iltihablarını aradan qaldırır.

3.Pomidor

Kişilərin mütəmadi olaraq yeməli olduğu pomidorun sağlamlığa inanılmaz faydaları var. Yuxu, əzələ hərəkəti, öyrənmə və yaddaşla bağlı problemləri həll edir. Hüceyrə membran quruluşunu qorumağa kömək edir. Pomidorlar da antioksidanlarla doludur.

4.Qoz

Qoz kişilərin gündəlik həyatının ayrılmaz hissəsi olmalıdır, somondan daha çox omeqa 3 və toyuqdan daha çox protein , antioksidantlarla çox zəngindir.

5.Yerkökü

Xüsusilə siqaret çəkən kişilər üçün yerkökü və yerkökü suyu müntəzəm olaraq qəbul edilməli qidadır. Qidalandırıcı lif ilə zəngin olan yerkökü, həzm sisteminin düzgün işləməsini təmin edir,xərçəngin qarşısını alır.

6. Zəncəfil

Çin tibbində müxtəlif sağlamlıq problemlərinə qarşı ən çox istifadə edilən bitkilərdən biri olan zəncəfil bir çox vitamin və mineral, həmçinin kalium, maqnezium, beta-karotin və sinklə zəngindir. Vitamin və mineral tərkibi sayəsində xəstəliklərə qarşı mübarizədə və xəstəliklərdən qorunmada da çox təsirlidir.

7. Sarımsaq

Müntəzəm olaraq sarımsağın qəbulu həm həzmə, həm də qidanın udulmasına kömək edir. Mədəaltı vəzi və qaraciyər funksiyalarını da artırır. Bədəndəki toksinləri, parazitləri, ağır metalları xaric edən sarımsaq kişilərin mütəmadi olaraq qəbul etməli olduğu qidalardandır.

8. Alma

Alma C və E vitaminləri ilə zəngindir və mütəmadi olaraq qəbul edilməlidir. Almanın qiymətli olmasına səbəb tərkibindəki minerallar, vitaminlər və antioksidantlardır.

9.Şokolad

Müxtəlif tədqiqatlar göstərir ki, gündə 45-65 qram şokolad qəbul edən kişilərdə etməyənlərə nisbətən infarkt keçirmə riski daha azdır. Şokoladdakı antioksidanlar xərçənglə mübarizədə faydalıdır. Həm də zəngin kalsium mənbəyidir.

10.Yulaf

Pəhriz və ürək xəstəlikləri, eyni zamanda qan şəkəri riskini azaldan yulaf , xüsusilə idman edən kişilərin qida rasionunda olmalıdır. Yulaflar, kişi orqanizminin zülal və lif ehtiyaclarını qarşılayır.