Close

(+994 50) 555-20-30

info%drseymur#az

Artıq çəkili kişiləri gözləyən cinsi həyat problemləri

Kateqoriya: KİŞİ KLUBU
  • 11 mart
    2020
  • 14:20
  • 999
  • 2
    0
11.03.2020 - 14:20
999
0

Artıq çəki ürək-damar ,təzyiq kimi bir neçə xəstəlikləri artıraraq kişilərdə cinsi aktivliyin azalmasına səbəb ola bilir.

Keçmişdəki kimi kişilərdə artıq çəki ilk olaraq artıq zənginliyin göstəricisi kimi deyil,daha çox qeyri-sağlam qidalanmanı,düzənsiz həyat tərzini və kiloyla əlaqəli bir çox xəstəlikləri göz önünə gətirir.Artıq çəkili kişilərin hormonal və ürək-damar xəstəlikləri kimi şikayətləri digərlərinə nisbətdə çoxluq təşkil edir.Artıq çəkinin yaratdığı xəstəliklərin isə bilavasitə kişilərin cinsi həyatlarında mənfi təsiri böyükdür.Məsələn,diabet xəstəliyi kişilərdə sərtləşmə problemi yarada bilir.Yüksək təzyiq,xolesterin,metobolik xəstəliklər cinsi zəifliyin səbəbələrindən sayılır.Artıq çəkiylə əlaqədar olan hərəkətsizlik,oynaq və əzələ ağrıları belə cinsi həyata təsir edən amillərdəndir.Bundan əlavə göbək ətrafında toplanan yağların testosteronu azaldan qadın hormonunu daha çox ifraz etdiyindən cinsi zəiflik yaranır.

Testosteron hormonunun aşağı düçməsi cinsi zəifliklə yanaşı erkən boşalmaya səbəb olur ki,bunun da başlıca səbəblərindən biri artıq çəkidir.

Müalicə üsulu olaraq ilk növbədə hormonların və buna bağlı olaraq digər müayinələrin aparılması və artıq çəkidən həkim nəzarətində  idman,pəhriz kimi üsullardan istifadə etməkdir.