Close

(+994 50) 555-20-30

info%drseymur#az

Penis qalınlaşdırma

Kateqoriya: KİŞİ KLUBU
  • 29 iyul
    2022
  • 16:14
  • 2487
  • 13
    2
29.07.2022 - 16:14
2487
2

Penisin uzunluğu və qalınlığı kişilər üçün kifayət qədər əhəmiyyətli mövzudur. Həm özünə güvən, həm cinsi həzz alma, həm qarşı cinsin məmnuniyyəti üçün bu çox əhəmiyyətlidir. Penisin əməliyyatsız qalınlaşdırılması mümkündürmü?

Bu kişilər tərəfindən ən çox verilən suallardan biridir. Bəli bu mümkündür. Hansı xəstələrə biz bunu edə bilərik?

Yaş məhdudiyyəti varmı? Ağrılı bir prosedurdumu? Qalıcılığı nə qədər davam edir?  Nəticə nə vaxt bəlli olur? Bunlar isə digər suallardır.

Gəlin suallarınızı bir-bir cavablandıraq.

Bu proseduru ancaq penisin qalınlığı ilə bağlı problemi olan xəstələrə edə bilirik çünki bu prosedur penisin uzunluğuna təsir etmir. Penisi qalınlaşdırır.

18 yaşdan yuxarı xəstələrə tədbiq edirik.

Prosedurdan əvvəl yerli anestetik (keyləşdirici) kremlərdən istifadə edirik.

Nəticə prosedurdan həmən sonra hiss edilir ancaq ən yaxşı bir həftə -10 gün sonra bəlli olur.