Penis qalınlaşdırma
Bəzən penisin sadəcə boyu deyil qalınlığı da kişilər üçün ciddi problemə cevrilə bilir. Belə olan halda qalınlaşdırma haqqında düşünürlər. Sadəcə bu əməliyyatların yeni olması, bu əməliyyatı etdirən şəxslərin bunu digər insanlarla paylaşmaması cəmiyyətdə bu əməliyyat və prosedurlar haqqında məlumat əksikliyinə gətirib çıxardır. Bu paylaşdığımız yazının məqsədi tibbi olmaqdan çox insanlar üçün ilkin məlumat xarakteri daşıyacaq.
Nədir penis qalınlaşdırma?
Sadəcə cinsiyyət üzvünün diametrini yəni qalınlığını artırmaq üçün edilən prosedur və əməliyyatlardır.
Penis qalınlaşdırma 2 formada edilə bilər:
1. Əməliyyatla;
2. Əməliyyatsız.
Əməliyyatla penis qalınlaşdırma xəstənin özünün qarın nahiyyəsindən alınmış piy vasitəsilə edilir. Qarından liposuction (balaca bir dəliklə piyin alınması) yolu ilə əldə edilən piy hazırlanaraq penis dərisi altına vurulur. Bu əməliyyat sadə bir əməliyyat olub ,xüsusi riskləri yoxdur. Adətən bu əməliyyat penis uzatma ilə birlikdə edilir. Xəstə əməliyyatın növbəti günü evə yazılır. Gəzmək və sosial həyatla bağlı heç bir məhdudiyyət qoyulmur. Sağalma dövrü 1-2 həftə çəkir. Əməliyyatdan sonra ilk cinsi əlaqə 1 ay sonra qurulur.
Əməliyyatsız penis qalınlaşdırma daha sadə ,günlük prosedur olub ,anesteziyaya (narkoza) ehtiyac duyulmur. Yanlız yerli keyləşdirici krem vasitəsilə penis dərisi keyləşdirilir. Prosedur təxminən 40-45 dəqiqə çəkir. Hazır təbii dolgular vasitəsi ilə edilir. Xəstə prosedurdan həmən sonra günlük həyatına qayıdır. Növbəti zamanda heç bir qulluq tələb etmir və 3-4 həftə sonra ilk cinsi əlaqəyə icazə verilir.
Əgər xəstə uzatma isətmirsə penis qalınlaşdırmanı əməliyyatsız yəni dolgularla edilməsi məsləhət görülür.