Close

(+994 50) 555-20-30

info%drseymur#az

Dr. Tavat Seyidova - Vaginoplastika

Kateqoriya: QADIN KLUBU
  • 22 sentyabr
    2022
  • 14:33
  • 489
  • 0
    0
22.09.2022 - 14:33
489
0

Vagina (uşaqlıq yolu) uşaqlığı xarici cinsiyyət orqanları ilə birləşdirən, təxminən 8-10 sm uzunluğunda boru formalı orqandır. İlk cinsi əlaqədən etibarən uşaqlıq yolu genişlənməyə başlayır. Hamiləlik və doğuşlar, doğuş zamanı edilən müdaxilələr uşaqlıq yolunun genişlənməsini kəskin artırır. Vaginal genişlənmə artıqca cinsi əlaqədən həzz almaq hissi azalır. Cinsi əlaqə zamanı əlavə səslər( qaz çıxartma) eşidilir. Vaginal infeksiyalar daha çox  görülür.

 Vaginal genişlənmə müalicə olunurmu?

Vaginal genişlənmə lazer, radiofrekans, prp  prosedurları və vaginoplastika əməliyyatı vasitəsilə müalicə edilir.

Vaginoplastika (vaginal daraltma) vagina genişlənməsinin müalicəsində istifadə edilən cərrahi üsuldur.

 Vaginoplastika  niyə icra edilir?

Bütün yuxarıda saydığımız şikayətlər zamanla cinsi istəksizliyə və diskomftun artmasına gətirib çıxarır.Vaginoplastikada məqsəd vaginanın 1-2 barmaq genişliyinə qədər daraltmaqdır.