Close

(+994 50) 555-20-30

info%drseymur#az

Vaginoplastika (vagina daraltma)

Kateqoriya: QADIN KLUBU
  • 15 iyul
    2023
  • 15:29
  • 412
  • 0
    0
15.07.2023 - 15:29
412
0

Yaşlandıqca insanlarda əzələlər zəifləməyə və dəridə qırışlar artmağa,sallanmalar görülməyə başlayır. Bunun səbəbi  kollagen miqdarının yaş artıqca azalmasıdır. Bu yaşlanma necəki    üzdə ,qollarda ,süd vəzilərində və s. yerdə görülür .Eyni qaydada vaginada da bu cür sallanma və genişlənmələr görülür. Bu qadınlarda özgüvən əksikliyinə,cinsi əlaqədən həzz almanın azalmasına və ən sonda cinsi istəksizliyə gətirir.Həmçinin vagina genişliyinin artması əlaqə zamanı əlavə səslərin yaranmasına səbəb olur. Nəticədə qadın cinsi əlaqəyə girməkdən çəkinir ,qarşı cinsdən utanır.

    Vagina genişlənməsinə səbəb olan amillər.

1.     Hamiləlik və doğuşlar,doğuş zamanı travmalar;

2.     Abortlar;

3.     Genetik amillər;

4.     Yaşlanma və s.

    Vagina daraltma necə edilir?

  Vagina daraltma həm CO2 lazerlə,həm də cərrahi üsulla edilir.

   CO2 lazerin üstünlükləri:

1.     Xüsusi hazırlıq tələb etmir və əməliyyat olmadığı üçün narkoza(anesteziyaya)ehtiyac duyulmur.

2.     Ağrısız prosedurdur.

3.     Kəsiksiz,tikişsiz prosedurdur.

4.     20-25 dəqiqə çəkir.

5.     Vaginanın(uşaqlıq yolunun)bütün divarlarına təsir edir.

6.     Günlük prosedurdur və iş fəaliyyətinə mane olmur.

7.     Cinsi məhdudiyyət 5-7 gün olur.

  Cərrahi yolla edilən vaginoplastika;

1.     Nəticə bir dəfəyə əldə edilir.

2.     III və IV dərəcə genişlənməsi olanlarda tədbiq edilir.

3.     3-4 günlük istirahətdən sonra günlük iş və sosial həyatlarına qayıda bilirlər.

4.     4-6 həftə cinsi məhdudiyyətlər qoyulur.