Qadınlarda xarici genital orqanlarının quruluşu
Xarici genital orqanlarına verilən ümumi ad – vulvadır.
Vulvanın əsas funksiyaları aşağıdakılardır:
1.Spermanın uşaqlıq yolu və uşaqlığa ötürülməsini təmin edir.
2.Daxili cinsiyyət orqanlarını xarici faktorlardan (infeksiyalardan)qoruyur.
3.Cinsi həzz almanı təmin edir.
Vulvanı təşkil edən orqanlar:
1.Mons,venus təpəsi(Mons pubis)- qasıq nahiyyəsi olub ,üzəri dəri ilə örtülüdür. Dərialtında qalın piy təbəqəsi olur. Kişi və qadınlarda eyni quruluşda olur. Lakin qadınlarda kişilərə nisbətən dərialtı piy qatının daha qalın olması hesabına bir qədər qabarıqlığı daha çox olur.
2.Klitor(Clitoris)-quruluş olaraq kişilərdə penisə uyğundur. Qadınlarda cinsi həzz alma və orqazmı təmin edən əsas orqanlardandır.
3.Böyük cinsiyyət dodaqları(xarici cinsiyyət dodaqları)(Labia majora)-vulvanın yan divarlarını əmələ gətirir. Üzəri dəri ilə örtülüdür. Daxili səthində tər və piy vəziləri var.
4.Kiçik cinsiyyət dodaqları(daxili cinsiyyət dodaqları)(Labia minora)-böyük cinsiyyət dodaqlarının daxili tərəfində yerləşir. Üst hissədə klitor yerləşir. Sidik kanalının xarici dəliyini qismən örtür(əhatə edir). Üzəri selikli qişa ilə örtülü olub,daimi nəm olurlar. Zəngin qan dövranına sahib olub,cinsi əlaqə zamanı bir qədər şişkinləşir.
5.Sidik kanalının xarici dəliyi (Urethral orifice)-klitorun altında yerləşir.
6. Vagina (uşaqlıq yolu) girişi-sidik kanalının xarici dəliyi ilə anal dəlik arasında yerləşir və qızlıq pərdəsindən başlayaraq içəriyə doğru uşaqlıq yoluna davam edir.
7.Hymen(qızlıq pərdəsi)-uşaqlıq yolu girişini qismən örtür. Hər kəsdə fərqli quruluşda olub,üzərində dəliklər var.Aybaşı qanı bu dəliklər vasitəsilə xaric olur. Çox nadir hallarda tam qapalı olur. Belə olan halda cərrahi müdaxilə olunur.
8.Perineum- Xarici cinsiyyət dodaqlarının alt kənarından anal dəliyə qədər olan hissədir.Üzəri dəri ilə örtülüdür.
9.Sekretor vəzilər-vulvanın nəmliyini təmin edir və cinsi əlaqə zamanı bir qədər artıq ifraz olunaraq sürüşkənliyi artırır.