Qadınlarda əlaqə zamanı quruluq
Genital quruluq qadınlarda hər yaşda görülsə də yaş artıqca görülmə sıxlığı artır. Şikayətləri daha çox cinsi əlaqə zamanı sürtünmə, əlaqədən sonra yanma-göynəmə, bəzən qan, sidiyi boşaldarkən yanma olur. Quruluğu olan xəstələrdə bu şikayətlərin hamsının olması şərt deyil. Bir və ya bir neçəsinin görülməsi kifayətdir.
Quruluğa səbəb olan amillər:
1. Sintetik, dar və rəngli alt paltarları;
2. Daimi ped istifadəsi;
3. Cinsi yolla keçən infeksiyalar;
4. Yaşın artmasına bağlı hormonal balansın pozulması və s.
Quruluq yaşayan qadınlar cinsi əlaqədən zövq almır və əlaqə sonrası yaşadıqları narahatlığa görə get-gedə əlaqədən qaçırlar. Bu təbii ki, problemin həlli deyil.
Bəzən də bu qadınlar hansı ki, sidiyə gedərkən yanma-göynəmə hiss edirlər bunu sistit (sidik kisəsinin iltihabı) xəstəliyi ilə qarışdırır, buna görə əlavə və uyğun olmayan müalicə alırlar. Bu problemi həll etmir əksinə kontrolsuz antibiotik istifadəsinə gətirib çıxardır.
Bəs quruluq necə müalicə oluna bilər? Bu xəstələri ən çox maraqlandıran sualdır. İlk öncə quruluğa səbəb olan amil tapılmalıdır.
Quruluğun müalicəsində yerli krem və şamlar,həmçinin son dövrlərdə vaginal lazer və PRP isitifadə olunur. Lazer və PRP-nin üstünlükləri daha uzun müdət təsir etməsi və toxumalarda yenilənməni sürətləndirməsidir.
Vaxtında aparılan düzgün müalicə həyat keyfiyyətimizi artırır. Xırda problemləri gizlədərək və ya maskalayaraq həll etmiş olmuruq. Əksinə problemin daha da böyüməsinə və həllinin çətinləşməsinə gətirib çıxardır.