Xaya burulası (testis torsiyonu) nədir?

Xayanın öz ətrafında burulması (torsiyon) zamanı damarların xayanın qan dövranını təmin edə bilməməsidir.
Xəstəliyin diaqnozu necə qoyulur?
Diaqnoz müayinə və doppler ultrasonoqrafiya ilə aparılır. Gecikmiş hallarda diaqnoz qoyulmasında çətinlik ola bilər və testis sinteqrafiyası tələb oluna bilər.
Uşaqlarda hansı yaşda baş verə bilər?
Ən çox yeniyetmə və ya yenidoğulan uşaqlarda görülə bilər. Xüsusilə,uşaqlarda enməmiş xaya (kriptorxizm) diaqnozu qoyulubsa,t xaya burulması riski daha yüksəkdir.
Xaya burulmasını hansı xəstəliklər ilə qarışdırmaq olmaz?
Aşağıdakı xəstəliklərlə qarışdırıla bilər:
Orxit (testis infeksiyası)
Epididimit (epididim adlanan testislərə ən yaxın sperma kanalının infeksiyası),
Apendikulyar testis torsionu
Əlavə epididim torsion
Bu dörd xəstəlik üçün heç bir cərrahi müdaxilə tələb olunmur, antibiotik müalicəsi və iltihab əleyhinə müalicə kifayətdir. Testikulyar burulma isə yalnız təcili cərrahiyyə müdaxiləsi ilə müalicə olunur. Diaqnozun dəqiq qoyulması vacibdir.
Valideynlər üçün tövsiyələr …
Uşağınızın bezini dəyişdirərkən hər zaman müşahidə etməyə çalışın, şişlik və ya qızarıqlığın olub olmadığına baxın.Əgər belə bir narahatçılıq varsa,mütləq həkimə müraciət edin.
Xaya burulması müalicə edilməsə nə kimi risklər baş verə bilər?
İlk 8 saatda diaqnoz qoyulmadıqda və cərrahi müalicə edilmədikdə, qan dövr etmədiyi üçün nekroz (çürük) ortaya çıxar.
Müalicə necə edilir?
Müalicədə təcili əməliyyat tətbiq olunur. Erkən tətbiq və ilk 8 saat ərzində cərrahi müdaxilə nəticəsində xaya burulmasını xayanın canlılığını itirmədən əvvəlki vəziyyətinə qaytarmaq mümkündür.
Ancaq diaqnoz dəqiq qoyulmadıqda və ya gecikmə olduqda,burulmuş xaya itirilmiş hesab edilərək çıxarılacaq.
Bu səbəbdən erkən müdaxilə və təcrübəli həkimin dəqiq diaqnoz qoymağı vacibdir.





