Close

(+994 50) 555-20-30

(+994 12) 555-44-30

info%drseymur#az

Ciddi sağlamlıq problemi: Sidik qaçırma

  • 30 yanvar
    2019
  • 12:17
  • 652
  • 0
    0
30.01.2019 - 12:17
652
0

Sidik qaçırma bəzi insanlarda hətta həyat fəaliyyətinə maneə olacaq qədər problem yarada bilir.

Sidik qaçırma xüsusilə, qadınlarda daha çox rast gəlinən simptomdur. Bu hər üç qadından birində sidik qaçırma şikayəti ola bilir deməkdir.

Sidik qaçırma  xəstəliyinin dərəcələri vardır. Hətta ağır vəziyyətlərdə bezlərdən istifadə edən xəstələrdə buna səbəb olaraq dəridə göbələk və bəzi bakteriyalar da yarana bilir.

İnkontinansa həm sidik qaçırma, bundan əlavə sidiyə tez-tez getmə, gecələr sidiyə tez-tez çıxma, sidiyə çıxarkən yanma-göynəmə, sidiyə çıxa bilməmək, sidiyi tam şəkildə boşaltmamaq kimi şikayətlər də aiddir.

Sidik qaçırma gülərkən, öskürərkən, ağırlıq qaldırarkən və ya idmanla məşğul olarkən baş verə bilir. Digər sidik qaçırmaya isə tualetə qədər çata bilməmək kimi daha çox yaşlı qadınların üzləşdiyi problemlər aiddir. Yatarkən də sidik qaçırma ola bilər. Bu sadəcə uşaqlarda deyil, yetkin qadınlarda da görülə bilir. Çox xoşagəlməz şikayətlərdən biri də cinsi əlaqə zamanı sidiyi saxlaya bilməmək və boşalmaqdır.

Bu kimi sidik qaçırma şikayəti ilə gələn xəstələrdə ilk növbədə diaqnoz düzgün qoyulmalı, xəstənin özündən  şikayətləri dinlədikdən sonra əlavə, bir neçə laborator və diaqnostik müayinələr də aparılmalıdır.

Sidik qaçırmanın bir neçə müalicə üsulu vardır. Bunlar arasında sidik kisəsinin "təlimləndirilməsi", proqramlı sidik ifrazı, çanaq əzələlərinin "məşq etdirilməsi", dərman müalicəsi və cərrahi müdaxilədir.Cərrahi üsul hər zaman ən son seçimdir.

Sidik qaçırma  genetik ola bilərmi? Təəssüf ki ola bilər. Anada və ya bacıda sidik qaçırma xəstəliyi varsa,daha sıx görülə bilir. Bundan əlavə, çətin, travmatik doğuş keçirmək də xəstəliyin yaranmasına təsir edə bilir.

Xəstəlikdən qorunma üsulları arasında ilk növbədə gündəlik norma daxilində maye qəbul etmək, artıq çəkidən uzaq olmaq,əzələ hərəkətləri gəlir.

XƏBƏRLƏR - TİBBİ UĞURLAR