Close

(+994 50) 555-20-30

info%drseymur#az

Siqaret kişilərə daha çox ziyan edir

  • 12 mart
    2019
  • 14:30
  • 325
  • 2
    0
12.03.2019 - 14:30
325
0

Alimlərin tədqiqatlarının nəticələrinə görə siqaretin kişilərin qan hüceyrələrindəki Y xromosonuna təsir etdiyini aşkar edib.

Yaş həddi,təzyiq,siqaret və bir neçə faktorlar nəzərə alınaraq,siqaret aludəçisi olan kişilərin qan hüceyrələrindəki Y xromosonunun azalmasının ya da ölməsinin siqaret çəkməyən kişilərə nisbətdə daha çox olduğunu təsbit ediblər.

Bundan başqa , alimlər siqareti tərgitdikdən sonra Y xromosonunun siqaret çəkməyənlərin Y xromosonları səviyyəsinə qayıda biləcəyinə diqqət çəkiblər.

Kişilərdə siqaret aludəçiliyi testesteron hormonunun səviyyəsinin azalmasına səbəb olur.Çünki siqaret cinsi orqanların fəaliyyətinə mənfi təsir göstərə bilir.Əlavə olaraq,bu hormonun azalması ilə  kişilərdə sinənin böyüməsi ,əzələ dəyişiklikləri baş verir.

Kişilərdə spermanın keyfiyyətinin azalmasına səbəb olan siqaret törəmə qabiliyyətini aşağı salır.

Siqaret kişilərdə ereksiyanın azalmasına da təsir göstərir.

Odur ki,siqaret çəkərkən sağlamlığınıza nə qədər ziyan etdiyinizi bir daha düşünün.

XƏBƏRLƏR - TİBBİ UĞURLAR