Close

(+994 50) 555-20-30

(+994 12) 555-44-30

info%drseymur#az

Testosteron

  • 02 aprel
    2019
  • 11:30
  • 315
  • 1
    0
02.04.2019 - 11:30
315
0

Kişi hormonu kimi bilinən testosteron qadınlarda da müəyyən miqdar hasil olunur,mayalanma prosesindən artıq çəkiyə qədər orqanizmdə baş verən bir neçə prosesdə iştirak edir.

Testosteron kişilik hormonu olaraq bilinən,androgen qrupunda olan önəmli hormondur.Kişilərdə testosteron hormonu daha çox testislərdə,az olaraq isə adrenal vəzlərdə hasil olunur.Bu növ androgen hormonların yaranmasında əsas orqan isə beyində olan hipotalamusdur (hipoviz vəzi).

Testosteron hormonu qadınların yumurtalıqlarında da hasil olunur,amma kişilərə nisbətdə olduqca azdır.

Yeniyetməlik dövründə artıq miqdarda ifraz olunan testosteron hormonu 20li yaşlarda ən yüksək səviyyədə, 30lu yaşlardan sonra isə getdikcə az hasil olmağa başlayır.

Testosteron ana bətnində olan uşağın cinsiyyətinin yaranmasında rol oynayır.Oğlan uşaqlarında penis  və testislərin inkişafı üçün testosteron hormonunun varlığı önəmlidir.Bu hormon yaş irəlilədikcə artmağa,yeniyetməlik dövründə oğlan uşaqlarında səsin qalınlaşmağına,tüklənmə və cinsi orqanın inkişaf edib böyüməsindən məsul hormondur.

Aşağıdakı metobolik prosedurlar testosteron hormonu sayəsində inkişaf edir:

·        Yeniyetməlik dövründəki inkişaf

·        Cinsi istəyin oyanması

·        Penis böyüməsi və boşalma

·        Sperma istehsalı

·        Bədəndə tüklənmə

·        Əzələnin inkişafı

·        Qırmızı qan hüceyrələrinin istehsalı

Testosteron azlığı nədən olur?

·        Testosteron hormonu testislərdə inkişaf etdiyindən,xayalarda baş verən problemlər hormonun inkişafına da maneə olur

·        Hormonun yaranmasına səbəb olan hipotalamus və hipoviz vəzində yaranan problemlər

·        Anadangəlmə və ya genetik olaraq testosteron hormonun yetəri qədər hasil olmamasına səbəb olan vəziyyətlər

·        Yaş artımı

·        Stressə bağlı kortizol hormonunun normadan artıq ifraz olunması

·         Siqaret və spirtli içki

·        Yuxusuzluq problemi

          Testosteron azlığı nəyə səbəb ola bilər?

Kişilərdə testosteron hormonunun az olmasının təsirləri nələrdir?

·        Cinsi istəksizlik,erkən boşalma,erektil disfunksiya

·        Depressiya

·        Ürək və damar xəstəlikləri

·        Diabet

·        Artıq çəki

·        Əzələ və oynaq xəstəlikləri

Qadınlarda isə böyrəküstü vəzilərinin az çalışması,dəri rənginin solğunlaşması,dəridə qırışıqlıq və quruluq,tüklərdə seyrəkləşmə

Testosteron hormonunun çox olması nəyə səbəb ola bilər?

Kişilərdə testosteron hormonunun çox olmasının təsirləri nələrdir?

·        Penis ölçüsündə və sərtləşməsində artma

·        Artıq tüklənmə

·        Prostat böyüməsi

·        Damar sərtliyi

·        Xolestrinin artması

·        Ürək xəstəlikləri riskinin artması

Qadınlarda isə dəridə yağlanma və səpkilər,aybaşıda pozğunluq,saç tökülməsi,stress,artıq tüklənmə

Yuxarıda göstərilənlər testosteron hormonunun az və ya çox olduğunun göstəricisi ola bilər,ancaq hormon səviyyəsindən əmin olmaq üçün müayinədən keçməyiniz,qanda hormonun miqdarına baxmaq lazımdır.

Analiz nəticəsindən sonra hormonal problemləriniz varsa,həkimin təyin etdiyi müalicə kursundan keçməyiniz lazım ola bilər.

XƏBƏRLƏR - TİBBİ UĞURLAR