Close

(+994 50) 555-20-30

(+994 12) 555-44-30

info%drseymur#az

Priapizm nədir? Necə müalicə olunur?

  • 04 aprel
    2019
  • 13:36
  • 716
  • 3
    1
04.04.2019 - 13:36
716
1

Priapizm hər hansı cinsi oyanma olmadan penisin davamlı və ağrılı, sərtləşən vəziyyətinə deyilir.Priapizm hər yaş həddi olan  kişilərdə,hətta uşaq yaşlarında da görülə bilinir.Penisə qan toplandığı və geri axma olmadığı zaman meydana gələn priapizm qalıcı sərtləşməni yaratdığı üçün qısa müddətdə müalicə edilməlidir.

Priapizm  2 qrupa ayrılır:

Yavaş axıntı sərt və ağrılı sərtləşməyə səbəb olur.Ereksiya zamanı penisə gələn və penisdən bədənə geri qayıdan qan axımının tamam dayanmasıdır.Sərtliliyin 6 saat davam etməsi vəziyyətində həkimə müraciət etmək mütləqdir.Əgər zamanında tibbi müdaxilə olunmazsa qalıcı sərtləşmə problemi meydana gələ bilər.

Qan axının sürəti daha yüksək olduğu zaman priapizm yarı sərt və ağrısız sərtləşmə yaradır.Daha çox travmadan sonra yarana bilir.Penis tam sərtləşə və ya yumşala bilmir.Belə vəziyyətə uşaqlarda və yeniyetmələrdə daha çox rast gəlinir.

Priapizm hər hansı səbəbə bağlı  olmadan inkişaf edən  sərtləşmə xəstəliyidir.Bir neçə səbəbə bağlı olaraq yarana bilir.

Səbəblər arasında yanlış dərman istifadəsi,qan xəstəlikləri,onurğada və ya genital bölgədə travma,narkotikdən istifadə və s. səbəblər ola bilir.

Priapizm müalicə etmək üçün ilk növbədə ereksiya vəziyyətinin 6 saatdan çox olub-olmadığını bilmək lazımdır.6 saatdan çox müddətdə davam edən priapizm müalicəsi bəzən effekt verməyə bilir.Həkimlər tərəfində diaqnoz qoyulduqdan sonra təyin olunan müalicə üsulları bir neçədir.

Priapizm əlamətləri olan xəstələr vaxt itirmədən mütləq həkimə müraciət etməli və müalicə almalıdırlar. Gecikdirilmiş və ya laqeydlik göstərilən  vəziyyətlər xəstənin cinsi həyatına ciddi təsir göstərə bilər.

XƏBƏRLƏR - TİBBİ UĞURLAR