Close

(+994 50) 555-20-30

info%drseymur#az

Vitamin D kişilər üçün niyə daha vacib olmalıdır?

  • 25 iyun
    2019
  • 14:20
  • 1171
  • 2
    0
25.06.2019 - 14:20
1171
0

Vitamin D-nin  sümük və oynaq inkişafında təsiri böyükdür.D vitamini əksikliyinin xərçəng başda olmaqla bir neçə xroniki xəstəliklər ilə bağlılığı vardır.

D vitamini doğumdan ölümə qədər insan sağlamlığında ,böyüməsində və sümüklərin inkişafında əhəmiyyətili hormonlardan biridir.Normalda D vitamini günəş şüaları vasitəsilə dəridə sintez olunur.

D vitamininin əsas vəzifəsi uşaqlarda inkişaf edən sümük toxumasının ,yetkinlərdə isə yenidən sümüyün rekonstruksiyasi, mineralizasiya üçün lazımlı kalsium və fosfor səviyyələrini təmin etməkdir.

Mövsümi dəyişikliklər,qapalı mühitdə  yaşamaq,yüksək faktorlu gündən qoruyucu kremlər və s.-ə bağlı olaraq hazırda D vitamini çatışmazlığı daha çox görülən bir problem halına gəlib.

Əvvəllər vitamin D-nin qaraciyər və böyrəkdə sintez edildiyi düşünülürdü.Ancaq aparılan araşdırmalardan sonra məlum olub ki,kişilərin cinsiyyət toxumalarında da vitamin D-nin rolu vardır.

Kişilərdə testislər spermotozoidlərdən və cinsiyyət hormonlarının yaranmasından məsuldur.Spermatozoidlər testisdən epididimə passif olaraq keçir.Spermlər epididimdə inkişaf etməyə başlayır.Bir çox araşdırmalar isə D vitaminin spermo hüceyrələrinin inkişafına müsbət təsir edə biləcəyini göstərir.

D vitamini azlığı olan kişilərdə sperm sayının və inkişafının aşağı olduğu görsənir.

Ancaq bu təcrübələr daha dərin şəkildə araşdırmalı və  D vitaminin kişilərə,toxum artırma qabiliyyətinə nə dərəcədə təsir etdiyi təsdiqlənməlidir.

Bundan başqa unutmaq lazım deyil ki,vitamin D insan orqanizmi üçün lazım olan ən əhəmiyyətli vitaminlərdəndir.Həm kişi,həm də qadın orqanizminin ehtiyacı olan vitamindir.

XƏBƏRLƏR - TİBBİ UĞURLAR