Close

(+994 50) 555-20-30

info%drseymur#az

Enməmiş xaya nədir? Enməmiş xayanın müalicəsi necə aparılır?

  • 27 iyun
    2019
  • 14:14
  • 1522
  • 2
    0
27.06.2019 - 14:14
1522
0

Oğlan uşaqlarında görünən kriptorxizm  uşağın gələcəyi və psixologiyasına olduqca mənfi təsir edən xəstəlikdir.

Bəs kriptorxizm nədir və müalicə necə aparılır?

Enməmiş xaya oğlan uşaqlarında hər iki skrotumun içində testislərin olmaması halıdır.Anadangəlmə,hormonal xəstəliklər,qasıq nahiyəsində düzgün edilməyən əməliyyatdan sonra və ya irsi səbəblərindəndir.

Enməmiş xayanın simptomları skrotumun içinin boş olması,testislərin skrotumun içində olmamasıdır.Kriptorxizm diaqnozunun qoyulması üçün təcrübəli həkim tərəfindən düzgün müayinə aparılmalıdır.Müayinə zamanı həkimin əlləri isti olmalı və uşağın rahat olması üçün həkim uşaqla özü arasında dostluq münasibəti qurmalıdır.Müayinədən sonra hər hansı şübhə olduqda,ultrasəs görüntü (USM) ,tomoqrafiya,MRT dəqiq diaqnoz qoymağa kömək ola bilir.Xayada hidrosele varsa müayinə zamanı torbaları dolu göstərdiyindən aldadıcı ola bilər,diqqət edilməlidir.

Enməmiş xaya mütləq şəkildə əməliyyat  edilməlidir.Xüsusilə,ikitərəfli kriptorxizm müalicəsi önəmlidir.Çünki,gələcəkdə sonsuzluq,testis hormonlarında problem,xaya ilə əlaqəli xərçəng riski ola bilər.

10-15 yaşdan yuxarı uşaqlarda gecikdirmə olduğundan əməliyyatdan sonra müalicə şansları təəssüf ki,azalmağa doğru gedir.15 yaşına gəlmiş oğlan uşağının 99 % testisləri işə yaramaz olduğundan xaya çıxarılaraq  xayaya bənzər silikon qoyulur.Əgər iki testis də enməmişdirsə gələcəkdə uşaq sahibi olmaq şansı da qalmır.

Kriptorxizm əməliyyatından 4-5 saat sonra xəstə ev şəraitində müalicəsini davam etdirə bilir.Əməliyyat sahəsində bir neçə günlük şişkinliyin olması normal haldır.Əməliyyatdan sonra həkimin dediyi tarixlərdə təkrar müayinə üçün gəlmək mütləqdir.

Xüsusilə 1-6 yaş arası oğlan uşaqlarında valideynlərin diqqət etməsi və hər hansı narahatçılıqları və şübhələri olduqda təcrübəli həkimə müaraciət etmələri lazımdır.

XƏBƏRLƏR - TİBBİ UĞURLAR