Evlənmədən öncə bu müayinələrdən keçməyiniz məsləhətdir

İllərdir arzuladığınız toy günü yaxınlaşır.Və siz hər şeyin qüsursuz olmağı üçün bütün detallarla maraqlanır,vaxtınızı və enerjinizi bu iş üçün sərf edirsiniz.Ancaq əsas məsələ sizcə də yaddan çıxmadımı?
Gələcək ailənin təməlini heç kəsdən geri qalmadan yaxınlarınızla əylənərək,adəti üzrə yerinə yetirmək tək məsələ deyil,evlənmədən öncə hər iki tərəfin sağlamlıqlarıyla bağlı hər hansı probleminin olmaması daha vacib deyilmi sizcə?
Toyqabağı ümumi müayinədən keçmək həm kişi,həm də qadın tərəf üçün çox önəmlidir.
Ümumiyyətlə,hər kəsin ildə ən azı bir dəfə ümumi həkim müayinəsindən keçməli olmasının vacib olduğunu artıq hər kəs bilir.Eləcə də,ailə quracaq iki fərdin də evlilik öncəsi müayinədən keçməsi onların gələcəyi üçün çox önəmlidir.Həm kişi,həm qadın gələcək sağlamlıqları,övlad istəyi olacaqsa problemsiz şəkildə hamiləliyin baş verməsi və digər səbəblərə görə müayinə olunmağın əhəmiyyətinə varmalıdırlar.Nə qədər tez sağlamlıqlarında problem əgər varsa,məlumatlı olsalar xəstəliyi vaxtında aşkar edib aradan qaldırmaq üçün müəyyən zamanları olar.
Hansı müayinələrdən keçmək lazımdır?
Hər iki fərdin ortaq olaraq nihakdan öncə verməli olduğu mütləq analizlər olduğu kimi (hemoqlobinopatiyalar ,İİV-QİÇS, sifilis xəstəlikləri) ,ayrı-ayrılıqda da müayinələrdən keçməkləri məsləhətdir.Kişilər üçün androloji,qadınlar üçün ginekoloji müayinələrdən başqa cütlük istəklərinə görə genetik analizlər də verə bilirlər.
Uşaq sahibi olmaq isdəyən cütlüklər cinsi infeksiyalar,spermoqramma və ginekoloji müayinədən öncədən mütləq şəkildə keçməlidirlər.
Ailənizin təməlini sevgiylə bərabər sağlam bədən və ruhla qurun.