Kişilərdə sidik qaçırma

Kişilərdə və qadınlarda sidik qaçırma çox önəmli problemlərdən biri olub,fərqli səbəblərdən yarana bilir.Bəs kişilərdə sidik qaçırma niyə olur?
Kişilərdə sidik qaçırma səbəblərindən biri prostatit və prostat adenoması xəstəliyidir.
Kişilərdə xoşxassəli prostat böyüməsi səbəbilə sidik qaçırma şikayətinə rast gəlinir.Prostat böyüyərək sidik kisəsini sıxır sidik ifrazını çətinləşdirdiyi üçün ilk öncə sidiyi tam boşalda bilmədiyindən əzələdə dəyişiklik baş verir.Müalicə edilmədikdə,getdikcə uzunmüddətli sidik qaçırma vəziyyəti yaranır.
Bəzən prostat əməliyyatlarından sonra da sidik qaçırma şikayəti xəstələrdə yarana bilir.Ancaq bu daha çox radikal prostat (prostat xərçəngi ) əməliyyatı keçirən xəstələrdə müşahidə oluna bilər.Radikal prostektomiya əməliyyatında geridə xərçəng toxumaları buraxmamaq məqsədilə prostat bütünlüklə götürüldüyü üçün sidiyi saxlayan əzələlər boşaldığından və ya xəstənin anatomik quruluşundan sidik qaçırma problemi bəzi xəstələrdə görünə bilinir.
Xəstələr bilməlidir ki, xoşxassəli prostat adenoması əməliyyatından sonra qalıcı sidik qaçırma nisbəti sıfra yaxındır.
Yaş artdıqca kişilərdə də qadınlardakı kimi sidik qaçırma ehtimalının artdığını və daha çox prostat böyüməsinin səbəb olduğunu bildirmək lazımdır.Bundan başqa prostat böyüməsi olmadıqda belə yaşla bağlı olaraq sidik qaçırma şikayəti ola bilər.Zamanında uroloji müayinələrdən keçdikdə narahatlığın qarşısını almaq olar.
Nevroloji problemlər, stres,şəkərli diabet sidik qaçırma şikayətinə səbəb ola bilir.
Sidik qaçırma bəzi hallarda öskürərkən,asqırarkən bəzi hallarda isə tualetə çatmadan baş verə bilir.
Kişilər qadınlara nisbətdə sidik qaçırma ilə üzləşdiklərində daha çox narahatçılıq keçirdib həkimə müraciət edirlər.
Müalicə üsulu uroloq tərəfindən təyin olunur.