Close

(+994 50) 555-20-30

info%drseymur#az

Spermanın keyfiyyətini aşağı salan səbəblər nələrdir?

  • 22 iyul
    2019
  • 14:25
  • 7588
  • 5
    3
22.07.2019 - 14:25
7588
3

Spermann sayını və keyfiyyətini aşağı salan səbəblər getdikcə çoxalmağa başlayır.Dar şalvar geyinmək,velosiped sürmək və idmanla məşğul olmaq spermoqrammanın keyfiyyətinə təsir göstərirmi? Spermanın keyfiyyətini aşağı salan səbəblər nələrdir?

Biolojik saat

Qadınlar kimi kişilərin də “biolojik saatı” var.Araşdırmalar kişilərin 35 yaşdan sonra çoxalma potensialında azalma baş verdiyini deyir.Qadınlar 35-37 yaş arasındadırsa hamiləlik şansları 50% aşağı düşür.Kişilərdə də yaş artdıqca toxumda olan genlərin anormal olma nisbəti daha çox artır.Yaş artdıqca ata olma şansınız daha da azalır.

Dar geyinmək

Dar geyimlər və alt paltarı görünüş olaraq sizi yaraşıqlı göstərə bilər.Ancaq dar geyimlər sonsuzluq riski də yarada bilər.Alimlərin araşdırmasına görə kişilərdə spermanın faizinin aşağı düşməsinə səbəb olan xarici faktorlardan biri kimi dar geyimlər göstərilir.

Dar geyimlər testislərin bədənə daha yaxın olmasına səbəb olduğundan testislərdə istinin artmasına yol açır.Testislər üçün ən ideal temperatur 35 dərəcədir.

Dar alt paltar və dar geyimlər geyinməməyə çalışın.

Enməmiş xaya

Bu vəziyyət oğlan uşaqlarının 3-4 %-ində görülə bilən və 1 yaşına kimi düzələn problemdir. Əgər enməmiş xaya diaqnozu 1 yaşına kimi keçməsə əməliyyatla normal yerinə endirilməlidir.Enməmiş xaya əməliyyat olunmazsa gələcəkdə toxum yarada bilməzlər və sonzuzluğa səbəb olarlar.

Xərçəngin müalicəsi

Xərçəng müalicəsi alan kişilərdə spermaya kimyaterapiya və radioterapiya təsir göstərir.Prostat xərçəngi səbəbilə əməliyyat keçirən kişilərdə əməliyyatdan sonra erektil disfunksiya yaşamaq ehtimalı yüksəkdir.Bu səbəblə sperma dondurma məsləhətli ola bilər.Çünki bəzi dərmanlar qalıcı olaraq spermada çoxalmanı aşağı sala bilər.

Xəstəliklər

Bir neçə xəstəlik kişilərin sperma inkişafına təsir göstərə bilər.Bunlar arasında ilk növbədə  ürək-damar xəstəlikləri və şəkərli diabet gəlir.Xəstəliklərin gətirdiyi riskləri ən aza endirmək üçün yaşam tərzinə diqqət etmək,sağlam qidalanmaq və aktiv hərəkət ilk növbədə gəlir.

Dərman istifadəsi

Bir neçə dərman növü də toxumun inkişafını əngəlləyə bilər.Bundan başqa cinsi istəksizlik,ereksiya kimi şikayətlərə səbəb olar.Belə bir vəziyyətdə həkiminizlə məsləhətləşib alternativ digər dərmanlardan istifadə edə bilərsiniz.

Varikosel

Varikosel testislərin ətrafında toplanan damarların anormal olaraq genişlənməsidir.Skrotumda istiliyin artmasına və kişi sonsuzluğuna səbəb olan ilk faktorlardandır.

Kişilərdə rast gəlmə  ehtimalı 15%-dir və varikosel olan kişilərin 40%-ində sonsuzluğa rast gəlinir.

Müalicə edilməyən varikosel vaxt keçdikcə testislərə daha çox ziyan verir.Genişlənmiş damarların mikroskopik cərrahi əməliyyatla bağlanması azalmış testis funksiyasını bərpa edir.Mikroskopik varikosel əməliyyatı olan kişilərin 80%-ində spermanın sayı və keyfiyyəti düzəlir.

 

XƏBƏRLƏR - TİBBİ UĞURLAR