Spermanın keyfiyyətini aşağı salan səbəblər nələrdir? (2-ci hissə)

Spermann sayını və keyfiyyətini aşağı salan səbələr getdikcə çoxalmağa başlayır.Dar şalvar geyinmək,həddindən artıq idmanla məşğul olmaq,D vitamini almamaq və s. kimi sperma sayının azalmasına səbəb olur.
Bağlı kanallar
Kanalın bağlı olması kişi sonsuzluğun ən böyük faktorundan biridir.Sperma yarandıqdan sonra inkişaf üçün epididim adlandırılan 2 ayrı kanalda depo edilir.Sperma bu kanallardan boşalma sırasında penis vasitəsilə xaric edilir.Bəzi cinsi infeksiyalar həmin kanalda tıxanma yaradaraq spermanın xaric olunmasının qarşısını ala bilir.
Bəzən tıxanmalar yaralanmadan sonra da yarana bilir.
Cinsi infeksiyalardan qorunmaq və müalicə olmaq belə hallarda mütləqdir.
İdman etmək
Sağlamlıq üçün idman etmək,sağlam bədənə sahib olmaq hər kəs üçün önəmli və məsləhətlidir.Ancaq bəzən artıq idman və əzələ çoxluğu testosteron hormonunu aşağı salıb,spermanın inkişafına mənfi təsir edə bilər.
Velosiped sürmək
Uzun müddət velosiped sürmək,pedal çevirmək penisə gedən damarlara təsir etdiyindən testisə də mənfi təsir gösdərər.Davamlı və düzənli velosiped sürən kişilərdə ereksiya problemi daha çoxdur.Buna görədə velosipedin oturacağı daha yumşaq olanı seçim edilməsi məsləhətdir.Bundan başqa ayaqda pedal çevirmək baş verə biləcək problemləri minimuma endirər.
İstilik
Testislərdə istilik artımına səbəb olan olan hər şey spermanın keyfiyyətini keçici olaraq azaldır.İsti su vannaları,saunaya tez-tez getmək mənfi təsir edə bilir.40 dərəcə isti suda 30 dəqiqə qalmaq sperm sayısını ciddi şəkildə azaldır.
D vitamini azlığı
D vitamini sağlam sperma üçün önəmlidir.Araşdırmalarda spermada D vitamini hüceyrələrinin aşkar olunması da bunun göstəricisidir.
D vitamini almağın ən asan yolu günəş vannası qəbul etməkdir.
Spirt
Spirtli içkinin həddindən artıq qəbulu sperma yaradan hüceyrələri öldürür.Spermanın sayını,döllənmə qabiliyyətini azaldır,spermanın quruluşunu pozur.Uşaq planlayırsınızsa spirtli içki qəbulunu azaltmalısınız.
Siqaret
Siqaret aludəçisi olan kişilərdə spermanın DNT-sində pozğunluq olur.Bu da hamiləliyin tamamlanmamasına və ya sonsuzluğa səbəb olan faktordur.Spermanın hərəkətsizliyindən əziyyət çəkən kişilərin əksəriyyəti siqaret istifadə edənlərdir.
Bu sağlamlıq risklərinin qarşısını almaq üçün siqaretdən birdəfəlik imtina etmək lazımdır.
Artıq çəki
Müşahidələr qadınlarda və kişilərdə sonsuzluq və artıq kilo arasındakı ortaq əlaqənin olduğunu göstərir.Artıq çəki kişilərdə hormonlara təsir etdiyindən spermanın hərəkətliliyini də aşağı salır.