Böyrək çıxış stenozu (U-P stenozu)
Böyrəklər funksiyalarına görə hazırladıqları sidik vastəsilə qandakı zərərli və artıq maddələri maye şəklində bədəndən xaric edirlər.Böyrəyin ətli hissəsində “istehsal” edilən sidik pelvis adlanan kasacıqda toplanır.Buradan da uretra adlanan incə boru ilə sidik kisəsinə enərək toplanır və daha sonra xaric olunur.Böyrək çıxışı darlığı UPJ-pelvis ilə uretra arasındakı keçiddə yaranır.Böyrəkdə yaranan sidik miqdarı UPJ darlıqdan keçməyəcək qədər çox olarsa,həmin maye böyrəkdə yığılır.Böyrəyin içini dolduraraq ətli hissəsinə təsir etməyə başlayır və hidronefroz ,yəni böyrəyin şişməsi vəziyyəti yaranır.Zaman keçdikcə böyrəkdə yığılan maye böyrəyə təsir etdiyindən böyrək çatışmazlığına gətirib çıxarır.
Xəstəliyin yaranma müddəti uzun illər ərzində baş verdiyi kimi anadangəlmə də ola bilir.Ana bətnində uşağın böyrəyində hər hansı xətəlik yaranarsa ultrasəs müayinəsi zamanı görülə bilir.Ananın hamiləlik dövründə etdiyi hər hansı səhfindən yaranmaz və genetik xəstəlik deyil.
Bundan başqa böyrək daşları,böyrəkdə aparılan cərrahi əməliyyatlar və sidik yolunda olan iltihablar xəstəliyi yarada bilər.
Xəstəliyin əlamətləri:
- Qarında və ya beldə ağrı
- Temperatur,sidik yolları infeksiyası
- Çox maye qəbul etdikdə ağrının artması
- Sidikdə qan
- Daş yaranma
Xəstəliyin diaqnozu necə qoyulur?
Ultrasəs müayinəsi,kontraslı komputer tomoqrafiya və sinteqrofiya ilə böyrəyin funksiyaları və darlığın olub-olmadığı müəyyənləşdirilir.
UPJ darlığı diaqnozu qoyulursa əməliyyatla xəstəlik aradan qaldırılır.