Close

(+994 50) 555-20-30

info%drseymur#az

Uretra darlığı

  • 05 sentyabr
    2019
  • 13:21
  • 1370
  • 1
    0
05.09.2019 - 13:21
1370
0

Uretra darlığı nədir?Hansı səbəbdən olur?Müalicə edilməsə hansı zərərləri verə bilər?Cinsi həyata təsiri nədir?

Uretra  hər hansı bir səbəbdən zədələnibsə,kanalı daraldan,sidik və ya spermanın axınını yavaşladan və ya bəzi hallarda tamamilə əngəl törədə bilən hallara rast gəlinir.

Uretra kanalında olan darlıq sidik ifrazının azalmasına,yanma-göynəmə,mayenin haçalanmasına səbəb olur.       

Uretrada olan darlığın yaranma səbəbləri keçirilmiş infeksiyalardır.Bundan başqa zədələnmə və ya keçirilmiş əməliyyat uretra darlığına səbəb ola bilir.

Qadınların uretrası daha qısa olduğundan uretra darlığı riski də daha azdır.Kişilərdə isə uretra kanalı penis boyunca uzandığından daralma olma ehtimalı çoxdur.

Xəstəyə uretra darlığı  dizaqnozu qoyulubsa özlüyündən və ya dərman müalicəsi ilə deyil,əməliyyatla həll olunmalı xəstəlik olduğunu bilmək laızmdır.

Uretra darlığının əməliyyatı aşağıdakı yollarla aparılır.

Katetr dilatasiyası katetrın köməkliyi ilə darlığın açılmasıdır.

Endoskopik yolla endoskopik olaraq darlığın aradan götürülməsidir.Endoskopik əməliyyat zamanı histoloji material üçün toxuma götürülür.

Uretra darlığı əməliyyatı cinsi həyata təsir etməz,əməliyyatdan bir müddət sonra cinsi əlaqə yaşana bilər.Əməliyyatdan sonra ereksiya problemi varsa həkiminizlə məsləhətləşməyiniz lazımdır.

Uşaqlarda uretra darlığına diqqət etmək lazımdır.Uşağınız sidiyə tez-tez çıxırsa,az və incə sidik gəlirsə,mütləq şəkildə həkimə müraciət etməlisiniz.

XƏBƏRLƏR - TİBBİ UĞURLAR