Close

(+994 50) 555-20-30

info%drseymur#az

“Balayı sistiti”

  • 06 sentyabr
    2019
  • 17:07
  • 2775
  • 3
    4
06.09.2019 - 17:07
2775
4

Yeni ailə quran cütlüklərdə sistit halına tez-tez rast gəlinir.Cütlüklərin gələcək cinsi müasibətlərinə də təsir etmə ehtimalı çox olan sistit vaxtında müalicə edilməlidir.

Balayı sistiti ilk cinsi əlaqəsini evləndikdən sonra yaşayan qadınlarda uzun müddətli cinsi əlaqə zamanı vaginanın önündə yerləşən uretranın təhriş olmasıyla ortaya çıxır.

Say və müddət olaraq uzun yaşanılan cinsi əlaqə zamanı artıq sürtünmə və uretranın təhriş olunmasına səbəb ola bilir.Cinsi əlaqədən təhriş olunan uretra bakteriyaların da asan şəkildə çoxalmasına uyğun şərait yaradır.

Sidik ifrazı zamanı yanma,göynəmə,tez-tez və ani olaraq sidiyə getmə hissi,sidiyin bulanıq və ya çəhrayı rəng olması,qasıqda olan ağrılar sistitin əlamətləridir.

Sistit olduğu zaman davamlı cinsi əlaqə daha da ağrılı vəziyyət halını alır.Cinsi əlaqə zamaı yaşanılan şiddətli ağrı cinsi əlaqədən qorxmağa və soyumağa gətirib çıxarır.

Müalicə edilməyən və ciddi yanaşılmayan “balayı” sistiti gələcəkdə cinsi  istəksizliyə zəmindir.

Qadınlarda vaginada olan quruluq cinsi əlaqə zamanı infeksiya yaranmasına şərait yaradır .Və təbii ki sistitin yaranmasına.Bunun üçün də vaginanın quru olmamasına diqqət etmək,xüsusui gellərdən istifadə etmək lazımdır.

Sistit sizi uzun müddət narahat edirsə mütləq şəkildə həkimə müraciət etməyiniz və təyin olunan müalicə qaydalarına riayət etməyiniz lazımdır.