Qapalı böyrək daşı əməliyyatı

Qanda olan artıq maddələri təmizləməklə məsul orqan böyrəklər təmizləmə prosesini yerinə yetirərkən mineral və duzlardan ibarət böyrək daşını da yarada bilirlər.Ölçüsü böyük olan böyrək daşları müalicəylə parçalanmırsa,xəstəyə şiddətli ağrı və böyrəyə zərər verirsə əməliyyat mütləqdir.
Hal-hazırda böyrək daşı əməliyyatları tibbi texnologiyanın inkişafı ilə daha rahat şəkildə həyata keçirilməkdədir.Daşın ölçüsündən asılı olmayaraq kəsiksiz və lazer vasitəsilə edilən böyrək daşı əməliyyatları müxtəlifdir (RİRS,Flexibe URS).
Qapalı böyrək daşı açıq böyrək əməliyyatından daha üstün və komfortlu prosesdir.Uşaqlarda və böyüklərdə yaranan böyrək daşı qapalı əməliyyatı 95% uğurla həyata keçirilir.
Qapalı böyrək daşı əməliyyatı prosesi ümumi və ya spinal anesteziya seçilməklə həyata keçirilir.Xəstənin sidik kanalından flexible uretroskop adlanan işıqlı kamera vasitəsilə böyrəyə girlir və manitorda daşların yerləşdiyi sahə görülür.Cihaz elastik və çevikdir , çoxfunksiyalıdır.
Çevik ureteroskopdakı lazer teli lazer enerjisi ilə böyrək daşlarını qırır. Daha sonra parçalanan daşlar sidik kisəsinə oradan isə sidik vasitəsilə böyrəkdən xaric edilir. Bu zaman xəstə heç bir ağrı hiss etmir.İşləmin sonunda böyrəkdə daşların yığılmasının qarşısını almaq və sidiyin axın sürətini qorumaq üçün D-J adlandırılan stentin bir ucu böyrəyə digər ucu sidik kisəsində olmaqla yerləşdirilir.Beləliklə,əməliyyat prosesi tamamlanır.
Qapalı böyrək daşı əməliyyatından sonra xəstə qısa müddətdə gündəlik həyat fəaliyyətinə qayıda bilər.Tikiş izi olmayan qapalı böyrək əməliyyatlarında qanaxma və uzunmüddətli sağalma kimi problemlər görülmür.
Qapalı böyrək daşı əməliyyatından sonra xəstələr isdədikləri kimi qida və maye qəbul edə bilərlər.Böyrəyə stent taxılmış xəstələrdə nadir hallarda ağrı,narahatçılıq görülə bilir.Ağır fiziki hərəkətlərdən sonra böyrəkdə,sidik kisəsində ağrı,sidikdə yanma və ya tez-tez sidiyə getmə kimi narahatçılıq halları baş verə bilir.Bəzi həssas insanlarda stent qaldığı müddətdə kəskin olmayan ağrıların olması normal qəbul edilir.
Flexible URS ilə edilən böyrək daşı əməliyyatları klassik açıq böyrək daşı əməliyyatlarından və digər qapalı böyrək daşı əməliyyatı olan Perkutandan (PCNL) daha avantajlı əməliyyat üsuludur.Açıq əməliyyatda böyük kəsik olmağı,uzun sağalma müddəti və uzunmüddətli ağrıların olması halları yaşanırsa,Flexible URS əməliyyatı olan xəstədə sadalananlar baş vermir.
Flexible URS əməliyyatı xəstənin arxa yan tərəfindən 1sm kəsiklə həyata kecirilən Perkutan əməliyyatından da kəsiksiz olması ilə fərqlənir.