Böyrəklər üçün faydalı qidalar
Bədəndə bir çox funksiyaya sahib böyrəklərin sağlamlığını qorumaq üçün təbii qidaların gücündən istifadə etmək lazımdır. Böyrək dostu qidalar böyrək xəstəliklərinin qarşısını almağa kömək edə bilər.
Tərkibindəki kalsium və D vitamini ilə zəngin olan qatıq böyrək sağlamlığında vacib qidalardan biridir. Xüsusilə, yeməklər arasında qəbul olunan qatıq böyrək sisteminə tənzimləyici və köməkçi təsir göstərir. Təzə meyvə və ya tərəvəz ilə qarışdırılaraq qəbul olunduqda C vitamini və meyvələrin mineral təsirləri ilə birləşdikdə böyrək funksiyalarına müsbət təsir göstərir.
Sink və dəmir mineralları ilə zəngin olan balqabaq toxumları, Omeqa3 təsiri ilə böyrək xəstəliklərində çox təsirlidir. Böyrək üçün şəkər balanslaşdırıcı və təmizləyici sistemi çox yüksəkdir. Bundan əlavə, immunitet sistemini gücləndirən və depresiya və xroniki zəiflik kimi vəziyyətlərə müsbət təsir göstərən xüsusiyyətə malikdir.
Xüsusilə,qırmızı alma böyrək xəstəliklərinin müalicəsinə “köməklik” göstərir və xəstəliklərə tutulmamaq üçün qoruyucu bir qalxan rolunu oynayır. Böyrəyi təmizləyir və süzmə prosesini lif tərkibi ilə ən yaxşı şəkildə yerinə yetirməsinə kömək edir. Gündə orta ölçülü bir alma böyrək sağlamlığı üçün vacibdir.
Balqabaq xüsusilə böyrək daşı problemlərinə qarşı təsirli bir qidadır. Balqabaqdakı kalsium böyrək daşlarının yaranmasının qarşısını alır.
Tərkibində vitamin C –nin yüksək olduğu olan cəfəri, tərkibindəki vitamin və minerallarla böyrəkləri təmizləmək və dəstəkləmək üçün mükəmməldir. Bədənin xüsusilə böyrək xəstəliklərində su balansına kömək edir. Enerji verən və yüksək lif effektinə malikdir olan cəfərinin hər səhər qəbul edilməyi məsləhətdir. Reproduktiv sistemə və mərkəzi sinir sisteminə müsbət təsir göstərir.
Bədəndə dəmirin mənimsənilməsinə kömək edən gavalı A-B-C vitaminləri ilə zəngindir. Böyrək, ürək və xolesterol xəstəlikləri üçün faydalıdır. Maddələr mübadiləsini sürətləndirir və yaxşı bir antioksidandır.
Omega 3 ilə zəngin olan balıq məhsulları böyrək xəstəliklərində bərpaedici və müalicəvi rol oynayır. Eynilə alma kimi, xəstə olmamışdan əvvəl bütün funksiyaları rahat şəkildə yerinə yetirməsi üçün xəstəlik və böyrək üçün lazım olan bütün minerallar ilə zəngindir. Sink və dəmir tərkibi böyrəklərin işləməsinə və xəstəliklərin gedişatının müsbətə doğru dəyişməsinə kömək edir.