Sidik axarı daşları

Böyrəkdə yaranan daşlar sidik axarına düşüb kəskin ağrı verir. Həmçinin bu daşlar sidik axınına da mane olur. Daşların ölçüsü kiçik olduqda və sidik axarının diametri kifayət qədər geniş olduqda bu daşlar sidik kisəsinə düşür və sidiklə bədəndən xaric olur. Daş uzun müddət axarda qaldıqda sidik axarı divarına yapışır və gedikcə ağrılar azalır. Bu xəstələr tərəfindən sağalma kimi qəbul olunur.
Lakin daşın uzun müddət axarda qalması böyrək fəaliyyətinin getdikcə azalmasına və zamanla böyrəyin itirilməsinə səbəb olur.
Sidik axarı daşlarının cərrahi müalicəsi endoskopik yolla aparılır. Əməliyyat 30-40 dəqiqəlik, kəsiksiz prosedurdur. Lazerlə daş əridilərək, yuyulub təmizlənilir. Əməliyyatdan sonra xəstə evə yazılır.