Close

(+994 50) 555-20-30

info%drseymur#az

Xaya silikonları

  • 04 noyabr
    2021
  • 12:28
  • 902
  • 2
    1
04.11.2021 - 12:28
902
1

Xaya protezi müxtəlif səbəblərdən bir və ya hər iki xayasını itirmiş xəstələrə qoyulur. Xayaların itirilmə səbələri aşağıdakılardır:

 Xaya xərçənginə görə xayaların çıxardılması;

 Doğuşdan xayaların olmaması;

 Travma və ya xaya burulması səbəbindən xayaların çıxardılması;

 İnfeksion xəstəliklər nəticəsində xayaların çıxardılması;

 Qadın - kişi cinsiyyət dəyişdirmə əməliyyatları zamanı.

  Xaya silikonları bir və iki tərəfli taxıla bilər. Uşaqlarda inkişaf tamamlanmadığı üçün xaya silikonları taxılmır. Xaya silikonu infeksiya və travma olmadığı müddətdə bədəndə heç bir dəyişikliyə məruz qalmır və ömür boyu bədəndə qalır. Şəkər xəstələri və immunitet salıcı müalicə aparılan xəstələrdə xaya silikonu qoymaq bir qədər risklidir.

  Xaya silikonlarının qoyulması əməliyyatı qısa və sadə əməliyyatdır. Əməliyyat sonrası dövrdə yüngül ağrı və şişkinlik olur. 2-3 gün sonra gündəlik həyat və iş rejiminə qayıdırlar. 1 ay velosiped sürmək və ağırlıq qaldırmaq olmaz.