Erkən boşalmanın səbəbləri

Erkən boşalma kişilər arasında ən çox görülən ancaq ən az müalicə üçün həkimə müraciət edilən mövzudur. Cinsi əlaqəyə girmədən və ya cinsi əlaqənin 1-ci dəqiqəsinə qədər olan boşalmalar erkən boşalma sayılır. Səbəbləri çoxdur. Əvvəllər sadəcə psixiloji səbəblərdən görülür deyilsə də artıq səbəblərin sadəcə psixoloji olmadığı aydın oldu. Belə ki, erkən boşalma həm psixoloji həm də fizioloji səbəblərdən ola bilər. Cinsiyyət üzvünün baş hissəsində həssaslığın yüksək olması, sistemik xəstəliklər, sünnət patologiyaları, hormonal problemlər də erkən boşalmanın səbəbləridir. Erkən boşalma hər yaşda görülür. Xəstə ətraflı müayinə olunduqdan sonra səbəbinə uyğun olaraq müalicəsinə başlanılır. Ən son istifadə edilən müalicə metodlarından biri də cinsiyyət üzvünün baş nahiyyəsinə dolğu vurulması prosedurudur. Günlük prosedur olması, ağrısız olması və təsir müddəditinin illərlə davam etməsi bu müalicə metoduna olan tələbatı və xəstə baxışını artırır.