Cinsi zəifliyin müalicəsində PRP-nin istifadəsi.

Son dövrlərdə PRP müalicəsi tibbin bir çox sahəsində istifadə edilir. Eləcə də cinsi zəifliyin müalicəsində geniş tətbiq edilir. Buna səbəb bu müalicənin dərman müalicəsindən daha yaxşı təsir göstərməsi, təsirinin uzun müddət davam etməsidir. Bu prosedurda xəstənin öz qanından istifadə olunur və bu da dərman müalicəsindəki əlavə təsirlərində görülməməsinə səbəb olur. Prosedurlar xəstəxana şəraitində tam steril şəkildə edilir. Əməliyyat olmadığına və anesteziyaya (narkoz) ehtiyac duyulmadığına görə cərrahi və anestezioloji riskləri də olmur. Sadəcə yerli keyiləşdirmə altında edilir. Xəstələr prosedurdan dərhal sonra günlük fəaliyyətlərinə davam edir. Cinsi məhdudiyyətin olmaması da bir digər üstünlüyüdür. Təsirini prosedurdan 1 ay sonra göstərir və uzun müddət davam edir.