Close

(+994 50) 555-20-30

(+994 12) 555-44-30

info%drseymur#az

Penil protez

  • 20 sentyabr
    2022
  • 15:13
  • 40
  • 0
    0
20.09.2022 - 15:13
40
0

Cinsi zəiflik-penisin sərtləşməməsi və ya cinsi əlaqəyə girmədən yumşalmasıdır. Orqanik (altda yatan bir səbəb var) və psixoloji (səbəbi məlum deyil) olur. Psixoloji cinsi zəiflik anidən yaranır və yox olur. Orqanik səbəblərdən yaranan cinsi zəiflik isə tədricən yaranır və müalicəsiz keçmir.

Cinsi zəifliyə səbəb olan faktorlar çoxdur:

Siqaret istifadəsi

Hipertenziya

Şəkərli diabet

Artıq çəki

Yuxu problemləri

Alkoqol və narkotik istifadəsi

Müxtəlif qrup dərmanlar

Baş beyin, onurğa beyin və çanaq zədələnmələri və s.

Cinsi zəifliyin müalicəsində müxtəlif üsullardan istifadə edilir. Bunlara dərman müalicəsi, ESWT, PRP aiddir. Bu müalicə üsulları vasitəsilə düzəlməyən və ciddi qidalanma pozğunluğu olan cinsi zəifliklərdə və ya digər müalicə üsullarını istifadə edə bilmədiyimiz xəstələrdə penis protezi cərrahi üsullundan istifadə edirik.

  Penis protezlərinin müxtəlif növləri var. Ən çox istifadə edilən növü 3 parçalı protezlərdir. İstifadəsinin rahat olması, cinsi əlaqə sonrası penisin yumşalması, ömürlük olması ən böyük üstünlükləridir.

  Əməliyyat müddəti 1,5 -2 saat çəkir. Protez cinsiyyət üzvünün daxilinə yerləşdirilir. Kənardan heç bir görüntü pozğunluğu olmur. Uzun müddət davam edən cinsi zəifliklərdə cinsiyyət üzvündə qısalma və qalınlığının azalması görülür. Protez əməliyyatının erkən edilməsi bu qısalmanın davam etməsinin qarşısı alır.

 Ən çox verilən suallardan biri şəkərli diabet xəstələrində bu əməliyyatı etmək mümkündürmü? 1-ci tip şəkərli diabeti olan və insulin qəbul edən xəstələrdə kapilyarların (ən xırda damarların) zədələnməsi daha çox görülür və bu xəstələrdə cinsi zəiflik erkən yaşlarda görülür. Bu xəstələrdə dərman müalicəsi daha az effektli olur. Penil protez əməliyyatı bu xəstələrdə cinsi zəifliyin bir dəfəlik həllidir. Və xəstə məmnuniyyəti yüksəkdir. Düzdü şəkərli diabeti olan xəstələrdə infeksiyon proseslərinin görülmə ehtimalı daha çoxdur amma düzgün qaydada edilməsi və bütün tədbirlərin görülməsi bu riski minimuma endirir.

XƏBƏRLƏR - TİBBİ UĞURLAR