Close

(+994 50) 555-20-30

info%drseymur#az

Penis böyütmə əməliyyatı

  • 08 may
    2023
  • 15:24
  • 2256
  • 5
    3
08.05.2023 - 15:24
2256
3

 Penis böyütmə əməliyyatı haqqında yazmamışdan öncə  bizə xəstələr tərəfindən ən çox verilən bir neçə sualı cavablandıraq.

 Bu əməliyyat kimlərə edilir?

Mikropenisi olan və həmçinin penis ölçüsü kişinin və qarşı cinsin cinsi əlaqədən zövq alması üçün kifayət etmirsə,kişidə özgünən əksikliyinə gətirib çıxardırsa və ya sadəcə görüntü olaraq kişi üçün kifayət etmirsə həmin şəxslərdə penis böyütmə əməliyyatını icra edirik.

 Yaş məhdudiyyəti varmı?

 18 yaşından böyük bütün şəxslərə bu əməliyyatı icra edə bilirik.

 Penisin uzunluq və qalınlığı nə qədər  artır ?

 Penisin uzunluğu 2-4 sm artır. Qalınlığını xəstənin istəyindən asıllı olaraq istənilən ölçüyə qədər artırmaq mümkündür. Sadəcə estetik olaraq normal görünəcək qədər artırmaq məsləhət görülür.

 Əməliyyat sonrası dövr necə keçir?

Əməliyyatdan 1 gün sonra xəstələr evə göndərilir və 2-3 günlük istirahətdən sonra normal gündəlik həyatlarına qayıdırlar.Cinsi məhdudiyyət 1 ay davam edir. 1 ay sonra cinsi həyatlarına qayıdırlar.

 Əməliyyatın nə kimi fəsadları olur?

 Düzgün şəkildə edilmiş penis böyütmə əməliyyatından sonra bir fəsad görülmür.

İndi isə əməliyyat haqqında məlumatlara keçək.

 Penis böyütmə əməliyyatından öncə şəxslər müayinə olunur. Onların istəkləri və mümkün nəticələr haqqında şəxslərə ərtaflı məlumat verilir. Əməliyyat günü xəstələr acqarına və qida qəbul etmədən klinikaya daxil olur. Əməliyyatı ümumi və ya spinal narkoz altında edirik. Narkozun növünün seçiminə də xəstəylə birlikdə qərar verilir. Əməliyyat 1-1.5 saat davam edir. Əməliyyata ilk önc qalınlaşdırma üçün qarın bölgəsindən piy almaqla (liposuction) başlanılır. Əldə edilən piy süzülərək filtlənilir və hazır şəkildə qoyulur. Daha sonra penis uzatma üçün qasıq nahiyyəsində, penisin üst hissəsində V şəkilli kəsik aparılır. Penis asıcı bağı kəsilərək uzatma əldə olunur. Ən sonda isə əldə olunan piy vasitəsilə penis qalınlaşdırılır və əməliyyat sonladırılır. Əməliyyatda bir neçə saat sonra xəstə qida və su qəbul edə bilir. Növbəti gün xəstə tam aktiv şəkildə evə göndərilir. Əməliyyat sorası ilk 1-2 ay xəstə evdə yüngül penis masajı və idmanlarını edir.

  

 

XƏBƏRLƏR - TİBBİ UĞURLAR