Close

(+994 50) 555-20-30

info%drseymur#az

"Real Hospital” maraqlı yeniliklər etdi

  • 17 dekabr
    2015
  • 09:26
  • 2913
  • 0
    0
17.12.2015 - 09:26
2913
0

Sumqayıt şəhərində elmi-praktiki konfrans və Bakı şəhərində yeni istifadəyə verilmiş “Real Hospital” Klinikasının təqdimatı keçirildi.

Tədbir Azərbaycan dövlət himinin səslənməsi və "Günəşli" yatağında həyatını itirən neftçilərin anımı ilə başlayıb.

Konfransın təşkilatçısı olan "Real Hospital"ın Baş həkimi, uroloq-androloq Seymur Mehtiyev bildirdi ki, konfransın keçirilməsinə məqsəd tibb texnologiya sahəsində yeniliklərlə səhiyyə işçilərini tanış etmək və məruzələrə uyğun müzakirələr aparmaqdır.

Sumqayıt səhiyyəsi üçün ilk böyük elmi-praktiki konfrans olan bu tədbirdə 5 sahə üzrə məruzələr dinləniləcək: "Endourologiya bü gün" (prostat adenomasının plazmakinetik ilə müalicəsi, böyrək daşlarının flexib lazer ilə müalicəsi, hamiləliklə uroloji problemlər), "Travmatoloji xidmət" (Oynaq cərahiyyə yeniliklər, endsokopiya və endoprotezləşmə), "Neonatalogiya, ginekologiya", "Virus hepatitlərinə müasir yanaşma (hamiləlik zamanı hepatitlər) və "Nevrologiyada elektroneyromioqrafiyanın (EMG) rolu"-deyən uroloq-androloq Seymur Mehtiyev bildirdi ki, Bakıda yeni açılan "Real Hospital"a müasir tipli tibbi avadanlıqlar gətirilib. Burada peşəkar xidmət göstərilir və pasientlər üçün tam gigiyenik şərait yaradılıb.

"Real Hospital" Klinikasının direktoru, ümumi cərrah Vidadi Əzimov tədbirin əhəmiyyətinə toxunaraq bildirdi ki, onlar 10 ildir fəaliyyət göstərirlər: 2005-ci ildən Sumqayıt şəhərində "Real Tibb Mərkəzi" fəaliyyət göstərir. Mərkəzin açılış mərasiminə dövlət başçısı İlham Əliyev qatılıb.
Bugünki tədbirdə isə Real Klinikaların fəaliyyəti və Bakı şəhərində yeni istifadə verilən "Real Hospital"ın göstərəcəyi xidmətlərlə bağlı məlumat verəcəyik.
Bildirim ki, ən son müasir avadanlıqlarla təchiz olunmuş Real Klinikaları xalqa keyfiyyətli tibbi xidmət göstərməkdədir. Belə bir tədbirin keçirilməsinə ehtiyac hiss edib tədbiri təşkil etdik.

Konfransda beş ixtisas üzrə apardığımız araşdırmanın mövzusunu təqdim edəcəyik və həmkarlarımızın fikrini öyrənmək istəyəcəyik. Onu da vurğulayım ki, gələcəkdə paytaxtda da belə bir böyük elmi-praktiki konfransın keçirmək məqsədimiz var.

Dünyada geniş yayılan Hepatit virusunun müalicəsi prosesindən danışan məruzəçi, qastroenteroloq-hepatoloq Müslüm Nursoy bildirdi ki, virus təyin edilən xəstələr mütləq müalicə olunmalıdır: Tibbin ən son nəaliyyətlərindən hesab olunan, hepatit C müalicəsi üçün kəşf edilən dərmanlar vasitəsilə artıq Hepatit C-nin müalicəsi tam mümkündür. Real Hospitalda yeni istifadə olunan dərmanlar, Hepatit C virusunun genotipinə görə müxtəlif kombinasiyalarda istifadə olunur. Müalicənin təyinatı təcrübəli qaraciyər xəstəlikləri mütəxəssisi tərəfindən verilir.

Çıxış edənlər ortoped-travmatoloq Sənan Aşirov, nevroloq Günay Osmanova və başqaları ixtisasları üzrə müasir tibbi texnogiyanın yeniliklərindən və praktikalarından bəhs etdilər.

Konfransda məruzəçi, neonatoloq Röya Quliyeva "Real Tibb Mərkəzi"nin 2005-2014-cü illərin neonatoloji şöbənin hesabatını verdi. Hesabatda bildirildi ki, burada ümumi doğuşun sayı 17061 nəfər, digər xəstəxanalara köçürülənlərin sayı 484 nəfər olub. Başa çatmaqda olan 2015-cü ildə isə ümumi doğuşun sayı 1413 nəfər, digər xəstəxanaya köçürülmənin sayı 16 nəfərdi.

Tədbirin sonunda konfrans iştirakçılarına sərtifkatlar təqim olunub.

Mənbə: Bizimyol.info