Close

(+994 50) 555-20-30

info%drseymur#az

Cinsi xəstəlikdən əziyyət çəkən kişilər, bundan xəbərdarsınızmı?

  • 23 dekabr
    2015
  • 11:53
  • 1494
  • 2
    0
23.12.2015 - 11:53
1494
0

Qansız üsulla əməliyyat, cəmi bir gün sonra evə buraxılma və əməliyyatdan sonra cinsi həyat əvvəlki axarına qayıdır...

Bu tibb ocağı 10 ildən çoxdur fəaliyyət göstərir. Ölkənin üçüncü şəhəri olan Sumqayıtda fəaliyyətə başladı. Və burada qazanılan nailiyyətlər onu paytaxta götürdü. Sumqayıtın “Real Tibb Mərkəzi”, bu gün Bakıda, Zahid Xəlilov küçəsi 99 ünvanında "Real Hospital" Klinikası kimi fəaliyyətini davam etdirir. Müasir tibbi avadanlıqlarla təchiz olunan bu klinikanın personal heyəti elmin yeniliklərini tez bir zamanda öyrənərək təcrübədə istifadə edir. Nəticədə insanların rahatlığı və təhlükəsizliyi təmin olunur, eyni zamanda zaman itkisi azalır. "Real Hospital"da stasionar, ambulator reanimasiya və cərrahi xidmətlər, həmçinin 24 saat təcili tibbi yardım xidməti yüksək səviyyədə həyata keçirilir. Öz ixtisasları üzrə təkmilləşmiş həkimlər klinikanın 15 şöbəsində çalışırlar.

Klinikanın əsas diqqət mərkəzində olan şöbələrindən biri urologiya-andorologiya şöbəsidir. "Real Hospital"ın Baş həkimi, uroloq-androloq Seymur Mehtiyev bildirir ki, şöbə bu gün Amerikada və Avropada istifadə olunan tibbi avadanlıqlarla təmin olunub: "Prostat vəzi xəstəlikləri, əsasən prostat vəzinin adenoması - xoşxassəli şişin böyüməsi kişilərə daha çox tanış gələn mövzudur. Prostat vəzinin adenoması sidik ifrazının çətinləşməsi ilə müşahidə olunan xəstəlikdir. Əsasən 50 yaşın üzərində olan kişilərin əksəriyyəti bu xəstəlikdən əziyyət çəkir. Bu xəstəliyin ən müasir müalicə üsulu 2015-ci ildə tətbiq olunmağa başlayıb. Bu, plazma kinetik üsulla TUR əməliyyatıdır. Bu əməliyyatı keçirmək üçün istifadə etdiyimiz avadanlıq Avropa, daha dəqiq Fransa istehsalıdır. Həmin plazma kinetik avadanlıq vasitəsilə "Real Hospital"da 15-dən artıq prostat əməliyyatı qansız üsulla həyata keçirilib. Xəstələr 1 gün stasionar yatdıqdan sonra evə yazılıblar. Vurğulamaq istəyirəm ki, bu əməliyyatdan sonra pasientimizin cinsi həyatında heç bir geriləmə müşahidə olunmayıb. Onun əməliyyatdan öncə cinsi performansı necə olubsa, elə də cinsi həyatına davam edir".

Lazerin üstünlükləri nədir?

Uroloq-androloq onu da bildirdi ki, "Real Hospital"da uroloji yollarda yerləşmiş daşlar kəsiksiz üsulla məhv edilir: "Yəni endoskopik üsulla, əsasən lazer vasitəsilə böyrək, sidik axarı və sidik kisəsi daşlarının müalicəsi həyata keçirilir. Son zamanlarda tibbin texnoloji yeniliklərindən biri də fleksibl lazerdir. Bu lazerin üstünlükləri nədir? Deməli, bu günə kimi istifadə olunan endoskopik alətlər sərt və düz alətləri idi, hansı ki, bu alətlərin böyrək içərisində müəyyən bucaqlara dönməsi mümkünsüz idi. Amma fleksibl aləti sayəsində bu mümkün olur. Deməli, bu alətin uc hissəsi optikdən ibarətdir və hərəkətlidir. Sidik kanalı yolu ilə böyrəyə daxil olan fleksibl aləti böyrək daxilində olan daşı lazer vasitəsilə qum şəkilində əridir. Heç bir kəsik aparılmadan həyata keçirilən əməliyyatdan 2-3 saat sonra daşdan azad olunmuş pasientlər rahat şəkildə evə yazıla bilirlər. Ümumiyyətlə, klinikamızda bütün növ uroloji əməliyyatlar aparılır. Və bir neçə dəlikdən girilərək fəaliyyətini itirmiş böyrək və böyrək üzərində həyata keçirilən ən mürəkkəb əməliyyatlar laparoskopik (kəsiksiz) üsulla həyata keçirilir. Artıq bu gün tibb elmi sahəsindəki texnoloji yeniliklər əksər cərrahi əməliyyatların endoskopik üsulla həyata keçirilməsini tələb edir. Biz də tam şəkildə endoskopik uroloji avadanlıqlarla "Real Hospital"da əhalinin xidmətindəyik".

Seymur Mehtiyev onu da bildirdi ki, kişilər arasında qloballaşmış problemə çevrilən cinsi zəifliyin, erkən boşalmanın, toy gecəsi uğursuzluqların və bir çox androloji problemlərin həlli bu klinikada yüksək səviyyədə ixtisaslaşmış uroloq-androloqlar tərəfindən həyata keçirilməkdədir.
"Yaxşı bilirdim ki, belə bir ağır vəziyyətdə..."

Başqa klinikada çalışan həkim Aysel Mehtiyeva bildirir ki, onun qaynatası Yadigar Mehtiyev "Real Hospital"da əməliyyat olunub: "Burada göstərilən tibbi xidmətdən razı qaldıq. Tibb sahəsində olmağıma görə, yaxşı bilirdim ki, belə bir ağır vəziyyətdə qaynatama yalnız Seymur həkim kömək edə bilər. Deməli, qaynatamın sidik axarları bağlıydı, sidik kisəsində daşlar və prostat vəzinin adenoması problemi var idi. Eyni zamanda şəkər xəstəliyinin dayışıcısı və ürəyində problem olduğundan biz əməliyyatdan ehtiyat edirdik. "Real Hospital"in həkimləri ilə məsləhətləşmə aparıldı. Müəyyən müalicəvi proseslər həyata keçiriləndən sonra o, əməliyyat olundu. Hazırda qaynatam özünü yaxşı hiss edir”.

Digər həmsöhbətimiz isə bu klinikanın Kardiologiya şöbəsində müayinə və müalicə olunmuş Arif Hüseynovdur: "Müvafiq müayinələrdən keçəndən sonra mənə gərginlik stenokardiyası diaqnozu qoyuldu. Bir kurs müalicə aldım, indi özümü yaxşı hiss edirəm. "Real Hospital"da göstərilən tibbi xidmətdən razıyam".

Nadir klinikalard rast gəlinən avadanlıqlar

Klinikanın digər şöbələri ilə tanış olduq. Tibb ocağının ən müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunduğunu gördük. Məsələn, pasient Arif Hüseynovun müayinə və müalicə olunduğu Kardiologiya şöbəsinin yeni tibbi texnologiyalar olan Elektrokardioqrafiya (EKQ 12-kanallı), EXO-KQ (Medison EKO-7) və Cardioline (24 sutka) aparatları ilə pasientlərin xidmətində olduğunu müşahidə etdik. Bu şöbədə hipertoniya xəstəliyi, xroniki ürək çatışmazlığı, aritmiyalar, gərginlik stenokardiyası, miokard infarktı, miokarditlər, perikarditlər, arterial hipotenziya və digər ürək xəstəliklərinin müayinəsi və müalicəsi aparılır. "Real Hospital"da tanış olduğumuz endoskopiya cihazlarına, yəni "Olympus CV-170", videogörüntülü qastroskop "GİF-H 170", videogörüntülü kolonoskop "CF-H 170 L", "Endoscope washer merit 9000" cihazlarına Azərbaycanın tibb müəssisələrində çox az rast gəlindiyi bildirildi.

Gerçək bir sağlamlıq ocağı...

Klinikanın fərqlilikləri bunlarla da bitmir. Şahidi olduq ki, klinikanın Laboratoriya şöbəsi də tibbin ən yeni texnologiyaları ilə təmin olunub. Belə ki, bu şöbədə hamiləlik infeksiyalarını, daun sindromunu, hepatitləri təyin edən "Maglumi 800", biokimyəvi analizlər həyata keçirən "Biolis 24 İ" və bəzi infeksiyaları təyin edən "Start Fax" aparatları pasientlərin xidmətindədir.

Növbəti tanış olduğumuz şöbə Oftalmologiya şöbəsi oldu. Bu şöbə "Auto Refrakto-Keratometer", "Non-Contact Tonometer" və "Şirim" lampası kimi müasir avadanlıqlarla təchiz olunub. Hansı ki, bu avadanlıqlar vasitəsilə avtorefratokeratometriya və foropter ilə görmə itiliyinin yüksək dəqiqliklə təyini, pnevmotonometriya gözdaxili təzyiqin non-kontakt ölçülməsi, biomikroskopiya-gözün ön hissəsinin patologiyalarının diaqnostikası təşkil olunur.

"Real Hospital" Nevrologiya şöbəsində nevroloji diaqnostika metodları kimi EEQ-elektroensefaloqramma və EMQ-elektromioqrafiya aparatlarından istifadə olunur. Bu şöbədə nevrozlar, insult xəstəliyi, epilepsiya, parkinson, ensefalopatiyalar, miasteniya, neyropatiyalar, səbəbi bilinməyəyn qıcolma tutmaları, mielitin qalıq əlamətləri, baş ağrıları, başgicəllənmə və sinir sisteminin funksional xəstəliklərinin müayinəsi yüksək səviyyədə aparılır. Onun da şahidi olduq ki, "Real Hospital"da kompüter tomoqrafiya kabineti, Rentgenoloji kabinet və Ultrasəs müayinəsi kabinetləri vasitəsilə bütün növ xəstəliklərin diaqnostikasını həyata keçirən Radiologiya şöbəsi fəaliyyət göstərir.

Müasir standartlara cavab verən diaqnostik avadanlıqlarla təchiz olunan Otolarinqologiya şöbəsində isə qulağın dərmanla yuyulması, damaq badamcıqlarının yuyulması, yad cisimlərin çıxardılması, qulaq, burun və boğaza dərman maddələrinin applikasiyası, eşitmə borularının polister üsulu ilə üfürülməsi, udlağın qranulyasiyalarının tujlanması, eşitmə borularının kateterizasiyası xidmətləri mövcuddur. Yenilikləri ilə fərqlənən "Real Hospital" Endokrinologiya və dietologiya, Qastroenterologiya və hepatologiya, Fizioterapiya, Cərrahiyyə, Pediatriya, Terapiya, Otolarinqologiya, Dermatologiya və Kosmetologiya, Stomatologiya, Plazmaferez və Reanimasiya şöbələri ilə də əhalinin xidmətindədir.

Bura, həqiqətən bir sağlamlıq ocağıdır...

Bu qalereyadakı cəmi şəkil sayı - 13

Mənbə: Bizim Yol