Kişilərin 10-15 faizi, qadınların isə 5 faizi bu xəstəlikdən əziyyət çəkir

Artıq böyrək daşı xəstəliyindən əziyyət çəkməyəcəksiniz: Dünyaca məşhur Wolf şirkətinin flexible ureteroskopu lazer ilə əməliyyatlar Bakıda həyata keçirilir.
Müasir dövrdə insanlar bir çox xəstəliklərlə yanaşı, uroloji xəstəliklərdən də əziyyət çəkirlər. Bu xəstəliklər yaş da tanımır. Bəzən kor-koranə müalicə, vaxtında həkimə müraciət etməmək isə təbii ki, yeni fəsadlara yol açır. Uroloji xəstəliklər arasında ən çox yayılmış xəstəlik böyrək daşı xəstəliyidir.
"Real Hospital" Klinikasının Baş həkimi, uroloq-androloq Seymur Mehtiyev bildirir ki, böyrək daşları müxtəlif maddələrin, duzların toplanıb böyrəkdə çökməsi nəticəsində əmələ gələn bir xəstəlikdir. Normal halda böyrəklərdə bu çöküntülərin qarşısını alan maddələr var, amma bəzi hallarda bu qoruyucu mexanizm təsirini itirir. Olduqca sıx görülən bir xəstəlikdir. Bu xəstəlik ən çox rast gəlinən böyrək problemlərindəndir. Kişilərin 10-15 faizi, qadınların isə 5 faizi bu xəstəlikdən əziyyət çəkir. Bu problem ilk olaraq 20-30 yaşlarda ortaya çıxır. Xüsusilə kişilərdə, bir dəfə daş yaranmış kişilərin 2/3-də təxmini 9 il içində daş təkrarlanır.
S.Mehtiyev böyrək daşı xəstəliyinin hansı hallarda inkişaf etməsinə aydınlıq gətirir. Ümumiyyətlə, böyrək daşı yaranmasının səbəbləri aşağıdakılardır:
- İrsi-genetik
- Çox miqdarda duz qəbulu
- Adinamiya (hərəkətsizlik), uzun müddət hərəkətsiz qalma, az hərəkət tələb edən iş qruplarında və yataq xəstələrində sidik yollarında daşlar daha çox görülür
- Az maye qəbulu
- Qidalanma vərdişi (artıq kalsium və vitamin D qəbulu), Qaraciyər çatmazlığı, vitamin D çoxluğu kimi bəzi xəstəliklər daş yaranmasını asanlaşdırır
- Hipertoniya (yüksək təzyiq)
- Bədən çəkisinin çox olması
- Böyrək və sidik yolları infeksiyaları və s.
- Sidik yolu infeksiyaları
- Böyrəyin quruluş anomaliləri
- İsti iqlim qurşağı
- Bəzi bağırsaq xəstəlikləri və ağır əməliyyatlar
- Sidikdə normadan artıq kalsium, sistin, oksalat atılımı
- Sidik pH-da dəyişiklik( mühitində)
- Əvvəllər böyrək daşı olanlar
- Sidik yollarında yad cisimlər
Böyrək daşları dəyişik ölçü, şəkil və rəngdə ola bilir. Dəniz qumu zərrəsindən qolf topu böyüklüyünə qədər daşa rast gəlinə bilir. Çoxu düz və oval şəkillidir. Bəziləri çıxıntlı və haçalanmış ola bilir. Daşın rəngi kimyəvi birləşmələrdən asılıdır. Çoxu sarı-qəhvəyi, bəzilərı qaradır.
Daşlar kimyəvi tərkiblərinə, rəng və qırıla bilmək özəlliyinə görə fərqlilik göstərirlər. Ən çox urat və oksalat daşları görülür. Bu daşlar böyrəkdə qala bilər, böyüyə bilər və ya hərəkət edərək sidik axarına və sidik kisəsinə düşə bilər.
Böyrək daşının əlamətləri nələrdir?
Seymur Mehtiyev bildirib ki, xəstəlik əlamətləri daşın yerləşdiyi bölgəyə görə dəyişir. Daş sidik yollarını bütünlüklə tutarsa, klinik daha ağır gedişli olur. Bu tıxanma nəticəsində, sidiyin geri yığılması ilə sidik yollarında tez-tez iltihab və ciddi böyrək zədələnmələri yaranır. Belə vəziyyət uzun müddət davam edərsə böyrək iltihabına və ya hidronefroz deyilən böyrək divarının incəlməsi və böyüməsinə səbəb olur. Böyrək daşları hərəkət edib sidik yollarına və sidik kisəsinə düşə bilər. Bu vəziyyətdə böyrək daşı düşdüyü yerdə ciddi zədələnməyə və xəstədə dayanılmaz ağrılara səbəb olur.
Əsas əlamətləri:
- Dözülməz ağrılar
- Qanlı sidik, Sidikdə qan (gözlə görülə bilən və ya mikroskopik qanlı sidik)
- Ağrı davamlı ya da təkrarlayan ola bilir
- Əgər daş sidik kisəsində olsa ağrı xüsusilə qarının alt hissəsində hiss edilir
- Ürəkbulanma və qusma
- Pis iyli sidik ifrazı
- Sidik ifrazı zamanı yanma hissi
- Temperatur və titrəmə (infeksiya varsa)
Böyrək daşı xəstəliyinin çarəsi
Uroloq bildirib ki, bu xəstəliyin müüalicəsi daşın tipinə görə dəyişir: əritmə, qırma, cərrahi üsul və müxtəlif vasitələrlə daş düşürmə:
ESWL (Bədən səthindən şok dalğaları ilə daş qırma). Bu müalicə metodunda şok dalğaları bədən səthindən, orqanizmə ziyan etmədən daşa təsir edərək daşın qırılmasını təmin edir. Üsulda daşa birbaşa yönləndilən yüksək enerjili şok dalğası dəri və daxili orqanlara zərər vermədən daş üzərində təsir göstərir. Qırılan daşlar sidik yoluyla bədəndən atılır.
2sm-dən böyük, sərt və ya böyrəyi bütövlüklə dolduran daşlar üçün bu üsul uyğun deyil.
Uretroskopiya (URS). Bu üsul, sidik axarlarının orta və aşağı hissəsində olan daşların çıxarılması məqsədilə istifadə edilir. Sidik kanalından sidik kisəsinə, buradan sidik axarına girilərək daşın parcalanması və ya birbaşa çıxarılmasıdır.
Perkutan nefrolitotomiya (PCNL) (PERKUTAN DAŞ QIRMA). Hal hazırda ən çox istifadə olunan üsuldur. Xəstənin arxa yan tərəfindən cəmi 1sm. böyüküyündə bir kəsik aparılır. Bu kəsikdən qələm qalınlığında olan alətlər istifadə olunaraq daşlar ya qırılaraq,ya da bütöv halda çıxarılır. Xəstə tez bir zamanda ayağa qalxıb öz gündəlik həyatına geri dönə bilir.
S.Mehdiyev bu məqamda qeyd edib ki, müasir dövrdə açıq cərrahi üsul ən az istifadə olunan müalicə üsuludur.
Böyrək daşlarının Flexible lazerlə çıxarılması üsulu da mövcuddur. Belə ki, son dövrün ən müasir tibbi avadanlığı olan flexible aləti böyrək daşlarının lazerlə kəsik aparılmadan çıxarılmasının həyata keçməsini təmin edir. Təbii yollarla (sidik kanalından) girilərək böyrəyin daxilində olan istənilən daşlar tam parçalanaraq xaric olunur. Hərəkətli dönən başlığı sayəsində böyrəyin hansı hissəsində yerləşməsindən asılı olmayaraq, bütün növ daşların böyrəkdən təmizlənməsinə nail olunur.
Dünyaca məşhur Wolf şirkətinin flexible ureteroskopu vasitəsilə əməliyyatlar artıq Bakıda Uroloq-Androloq Oper.Dr.Seymur Mehtiyev tərəfindən həyata keçirilməkdədir.
Qeyd edək ki, "Real Hospital" Bakı şəh, Yasamal rayonu, Zahid Xəlilov 99 ünvanında yerləşir. Pasientlər bu kimi şikayətləri ilə bağlı bizə müraciət edə bilərlər.
Bundan əlavə, Opr.Dr.Seymur Mehtiyevin müayinə paketindən də yararlana bilərlər. Belə ki, İmtiyazlı kateqoriya üçün güzəştli kampaniya paketinə aiddir:
- Hər həftənin 4-cü günü həkim müayinəsi tam pulsuzdur
- Qəbula təkrar gələn pasientlərimiz həkim müayinəsi ödənişindən azad olunur
- Hər ayın öncədən təyin edilmiş günündə olunacaq əməliyyatlara xüsusi endirim olunacaq
- Tələbərə 50% -li güzəşt
- Androloji Cek-up müayinəsi zamanı həkimin müayinəsi pulsuzdur
- Güzəştlər ilk növbədə şəhid ailələrinə,tələbələrə,məcburi köçkünlərə və tibb işçilərinə təqdim olunur
Mənbə: Bizim Yol