Close

(+994 50) 555-20-30

(+994 12) 555-44-30

info%drseymur#az

Plazma Kinetik vasitəsilə Prostat adenomasının müalicəsi

Bu günkü gündə 50 yaşından böyük hər bir kişi hər hansı bir şikayəti olmadan ildə bir dəfə mütləq uroloji müayinədən keçməlidir!!!

1Prostat adenoması (böyüməsi) olan xəstələr bizə əsasən gecələr sidiyə qalxmaq, nazik və kəsik-kəsik işəmə, gücənərək sidiyə çıxmaq, sidiyin yanlara doğru haçalanması, sidiyə çıxdıqdan sonra sidik kisəsində qalıq sidiyin olması hissiyyatı, tez-tez sidiyə çıxmaq, sidik saxlamamazlıq (tualetə çatmadan və ya damcı şəklində), ya da heç sidiyə çıxa bilməmək kimi şikayətlərlə müraciət edirlər. Normal halda gecələr sidiyə qalxmazlar, yalnız prostat böyüdüyü halda bunu görürük.

Prostat adenomasının müalicəsi zamanı həm medikal (dərmanlarla), həm də cərrahi üsullardan istifadə edilir. Burada prostatın çəkisi və sidik ifrazının hansı vəziyyətdə olduğu çox önəmlidir. Ən doğrusu 50 yaşa çatmış hər kişinin həyatında bir dəfə etməli olduğu-həkimə gedib prostat müayinəsindən keçmək və irəlidəki illərdə qarşılaşacaq bu problemləri vaxtında aşkar etmək, düzgün məsləhətlər və müalicələr almaqdır. Prostat adenoması zamanı hər bir xəstəyə individual yanaşılır: yaş, xəstənin ümumi vəziyyəti və.s dəyərlər nəzərə alınaraq medikal (dərman) və ya cərrahi müalicə seçilir.

TUR-adenomy-prostatyBugün üçün qızıl standart cərrahi müalicələrdən biri TUR-P-dir (Transurethral resection of prostate).Yəni heç bir kəsik aparmadan sidik kanalından endoskopik üsullarla girilərək böyümüş prostat hissələrinin rezeksiya (kəsilib çıxarılması) edilməsidir. Çəkisi 80 qr-dək olan prostatların TUR-P olması tövsiyə olunur.
Son zamanlar tibbi texnologiyanın yüksək dərəcədə inkişaf etməsi ilə hətta bu günün ən müasir müalicə metodu kimi hesab etdiyimiz avadanlıqların üstü olan digər məhsullar təqdim edilməyə başlayır. Bunlardan biri də Plazma Kinetik avadanlığıdır.

20151128_133248-1Plazma Kinetik həcmindən asılı olmayaraq bütün prostat əməliyyatlarında istifadə olunan ən son model cərrahi üsuludur. Əməliyyat müddəti və qanama riski ehtimalı ən az olan, ən güvənilir prostat əməliyyatı metodudur. 21 əsr prostat müalicəsi yöntəmi "Plazma" üsuludur.