Hematuriya nədir? Müalicəsi necə aparılır?

Hematuriya böyrəklər,böyrəklərdən sidiyi sidik kisəsinə daşıyan sidik axarı,sidik kisəsi,sidik kisəsindən sidiyi xaricə ifraz etdirən uretra və kişilərdə prostat vəzindən qaynaqlanan müxtəlif problemlərdən yarana bilir.
Hematuriya iki şəkildə ortaya çıxır. ” Mikroskopik hematuriya “ adı verilən növdə xəstə sidik analizi veribsə,mikroskopik müayinədə sidikdə qanın olması göstəricidir.
“ Makroskopik hematuriya” da isə xəstə aydın şəkildə sidiyə gedərkən qan gəldiyini və ya sidiyin rənginin çəhrayı,qırmızı və ya qəhvəyi rəngdə olduğunu görə bilir.Bundan başqa sidiyin ümumi müayinəsində sidikdə leykositlərin çoxluğu,kristallar və proteinin çoxluğu da böyrəklə bağlı xəstəliyin göstəricilərindəndir.
Sidikdə qanın olması bir neçə səbəbdən yarana bilir:
Sidik yolları iltihabı-sistit,kişilərdə prostat iltihabı və xərçəngi,prostatın xoşxassəli böyüməsi,böyrək iltihabı və xərçəngi,böyrək,sidik axarı və ya sidik kisəsi daşı.
Sistit sidik ifrazı zamanı yanma,sidiyə tez-tez getmə,gecələr sidiyə çıxma kimi şikayətlərdir və sidik kisəsində bakteriyaların bu səbəbdən çoxalmasıdır.Xüsusilə,qadınlarda çox rast gəlinən xəstəlik olan sistit sidiyin rənginin tündləşməsinə və bəzi hallarda sidikdən qan gəlməsinə səbəb olur.Həkim nəzarəti olmadıqda,şikayət daha da arta,temperaturun artmasına və böyrəyin iltihabına səbəb ola bilər.
Böyrək daşı qarın və bel nahiyəsində kəskin ağrılar və sidiyin rənginin tündləşməsi,qan gəlməsi kimi şikayətlərə yol açır.Bu zaman diaqnozu qoymaq üçün USM və ya Kompüter tomoqrafiya müayinəsi olunmalıdır.
Prostat xəstəlikləri prostat iltihabı olduğu zaman sidiyə gedərkən yanma,göynəmə,sidiyin haçalanması kimi sidikdə qan gəlməsi halı da baş verir.Yaş artıdıqca kişilərdə prostat vəzinin böyüməsi və buna bağlı xəstəliklər yarana bilər.Prostat vəzi xərçəngində də sidikdən qan gəlməsi müşahidə olunur.
Sidik kisəsi xərçəngi sidikdə qanın gözlə görülməsi və laxta halında olması ciddi xəstəliyin xəbərdarı ola bilər.Bəzən sidiyə çıxarkən heç bir ağrı,yanma-göynəmə hissi olmaya bilər.Davamlı olmayan,müəyyən aralıqlarda sidikdən qan gəlməsi sidik kisəsi xərçəngi xəstəliyinin göstəricisi ola bilər.
Bəzən sidiyin rənginin tündləşməsinə yol açan dərman və ya qidalar,aspirin qəbulu,qadınlarda aybaşı hematuriya ilə qarışdırılır.Bu vəziyyətlərdə diqqətli olmaqda fayda var.
Həddən artıq ağırlıq qaldırdıqda və ya idman etdikdə,böyrəkdə hər hansı travma və ya zədələnmə olduqda da sidikdə qan gəlməsi görülə bilinir.
Sidikdə qan görüldükdə və ya sidiyin rəngi tündləşdikdə həkimə müraciət edib,səbəbini araşdırmaq lazımdır.
Həkim müayinəsindən sonra vəziyyətə uyğun olaraq ilk növbədə laborator və ultrasəs müayinədən keçirlir.
Bəzi hallarda,sidik kisəsinə endoskopik müayinə və ya biopsiya də həkim tərəfindən təyin oluna bilinir.