Sual - Cavab
Sual: Mən işdə uzun müddət oturaq vəziyyətdə oluram. Sol tərəfim ağrıyırdı, müayinə etdirdim varikosel çıxdı. Bu xəstəliyi necə müalicə etmək olar? Bu xəstəlik müalicə olunduqdan sonra yenidən məni narahat edə bilər?
Cavab: Varikosel əksər hallarda soltərəfli olur, sol xaya agri, şişkinlik ve.s şikayətlər yaradir, ən əsası toxumun sayı və azaldigi ucun kisi sonsuzlugu yaradir, bize muraciet eden əksər evli pasientlerde sonsuzlugun əsas sebebkari varikosel oldugunu askarlayirig, muasir tibde varikoselin derman müalicəsi yoxdur, en sons muasir müalicə usulu mikrocerrahi usuldur ki,əməliyyat muddeti cemi 25-30 degerzinde yekunlasir, agrisiz qansiz tam fesadsiz həyata kecirilir, ele hemin gun xəstəler eve yazilib sabahi gunden normal is ve həyat fealiyyetlerini davam etdirirler.
Sual: Salam həkim. Mənim 62 yaşım var. Tez-tez sidiyə gedirəm, gedəndə göynəlti olur, böyük bayıra gedəndə sperma ifraz olur. Bu nədən ola bilər. Əvvəlcədən təşəkkür edirəm.
Cavab: 62 yaşda qeyd olunan şikayyətler prostat vəzi xəstəlikleri ile elaqedardir, 45-50 yaşdan sonra kişilərde prostat vəzində böyümə baslar ( 60-65% ) ve bu boyume neticesinde geceler tez-tez sidiye cixmaq, kesik-kesik işəmə, sidiyi tam bosalda bilmemek, sidiyin hacanmasi ve.s ciddi şikayyətler yaradir ve zaman kecdikce qeyd olunan şikayyətlər daha da artit, bunun dünya təcrübəsi hazirki protokollar 50 yaşdan sonra bütün kişilərin ilde 1 defe mutleq uroloji muayinesi lazimdir, muayine zamani prostat vəzin USM muayinesi, PSA(onkomarker) ve sidiyin umumi analizleri aparilir,neticeye gore müalicə taktikasi secilir, ilk etapda derman müalicəsi, ireli dovrlerde ise qapali əməliyyati -TUR-Prostat əməliyyati həyata kecirilir, əməliyyat xəstə tam yatirilmadan (spinal anesteziya) həyata kecirilir,agrisiz, qansiz 2 günlük klinikada yatirlar sonra ise tam sağlam sekilde is ve həyat fealiyyetlerini davam etdirirler.
Sual: Salam mən 3 ildir ki, evliyəm. Uşağım olmur, bir neçə dəfə müalicə olmuşam, amma yenə də düzəlmir. Cinsi istəyim var, amma göstəricilərim aşağıdır. Bununçün nə etməliyəm. Xahiş edirəm mənə kömək edin. Öncədən təşəkkürlər.
Cavab: Sonsuzluq şikayyəti olan kişi pasientler həkim uroloq-androloq terefinden duzgun sekilde muayine olunmalidir, bir sira analizler istenilir, spermaqramma, USM, cinsi yolla yoluxan infeksiyalar ve.s analizlerin nəticələrinə görə hazırda ən müasir müalicələr təyin edilir, hal-hazirda istenilen nov sonsuzlugun müalicəsi yüksək səviyyədə həyata kecirilir.
Penis qalınlaşdırılmasına aid suallar
Sual: Doktor, mənim 25 yaşım var subayam. Cinsiyyət üzvümün qalınlığı məni qane etmir. Bunun əməliyyatsız müalicəsi varmı?
Cavab: Bəli var. Cinsiyyət üzvünə dolğu vurulur. Günlük və ağrısız prosdurdur.
Sual: Penis qalınlaşdırmanın nəticəsi neçə günə bilinir?
Cavab: Nəticə prosedurdan həmən sonra hiss edilir ancaq 1 həftə, 10 günə qədər maksimal qalınlığına çatır.
Sual: Penis qalınlaşdırma etdirdikdən sonra cinsi zəiflik yaranarmı?
Cavab: Əgər xəstədə cinsi zəiflik olmayıbsa xeyr cinsi zəiflik yaranmaz. Ancaq penisin qalınlığı artır.
Cinsi zəiflik (ESWT) – aid suallar
Sual: Mənim 55 yaşım var. Cinsi zəiflikdən əziyyət çəkirəm. Dərman müalicəsi məni tam qane etmir. Əlavə nə etmək olar?
Cavab: Yaş artdıqca orqanlarda qan dövranı zəifləyir. Bizim təyin etdiyimiz dərmanlar orqanlara qan vasitəsilə təsir edir. Dərmanların təsirinin artması və orqanın yaxşı qidalanması üçün ESWT fizioterapevtik müalicə üsulundan istifadə edirik. Bu prosedurlar penisdə qan dövranını yaxşılaşdıraraq müalicənin effektini artırır.
Sual: Cinsi zəifliyin müalicəsində fizioterapiya eləmək olar? Necə edilir? Qısaca məlumat verə bilərsiz?
Cavab: Bəli, dərman müalicəsi ilə yanaşı ESWT fizioterapiyasından istifadə edirik. Öncədən vaxt təyin olunur. Prosedur 10-15 dəqiqə çəkir, ağrısızdır. Prosedurdan həmən sonra günlük həyatınıza qayıdırsınız.
Sual: Mən 2 ay əvvəl ESWT prosedurundan keçmişəm. Hal hazırda heç bir şikayətim yoxdu. Təkrar həmin prosedurdan keçməyə ehtiyac varmı?
Cavab: Əgər şikayətiniz yoxdusa və kurs müalicəniz tamamlanıbsa gəlməyə ehtiyac yoxdu.
Erkən boşalma sualları
Sual: Məndə son 3-4 aydır boşalma çox tez olur. Dərman müalicəsi istədiyim kimi effektli deyil. Nə edə bilərəm?
Cavab: Dərman müalicəsindən başqa cinsiyyət üzvünün baş hissəninə dolğu eləmək olar. Bu həm daha qısa müddətdə təsir edir, həm də təsiri uzun illər davam edir.
Sual: Penis başına dolğu etməyin fəsadları varmı?
Cavab: Dolğu vurulması cərrahi əməliyyat olmadığı üçün narkoz və cərrahi fəsadları yoxdur. Ancaq prosedurları penis cərrahiyyəsi ilə məşğul olan həkimlərin etməsi məsləhətdir.
Sual: Sizcə erkən boşalmanın dərman müalicəsi daha üstündür yoxsa dolğu?
Cavab: Hər müalicə üsulunun özünün üstün tərəfləri var. Ancaq dolğu müalicəsi effektini tez göstərməsi və təsir müddətinin uzun olmasına görə daha çox istifadə edilir.