Dr. Seymur Mehtiyev tərəfindən göstərilən
TİBBİ XİDMƏTLƏR
Dr. Seymur Mehtiyev — uroloq-androloq, cərrah. Bakıda, Funda Hospital-da qəbul edir.
Azərbaycan Tibb Universitetini bitirib. İxtisasını İstanbul Universiteti Tibb fakültəsinin Urologiya-andrologiya kafedrasında təkmilləşdirib, Türkiyədə bir çox klinikada həm terapevtik, həm də müasir cərrahi müalicədə iştirak edib.
Avropa Uroloqlar Assosiasiyasının (EAU), Türkiyə Uroloqlar və Türkiyə Androloqlar cəmiyyətlərinin üzvüdür. İspaniya, Çexiya və Almaniyada keçirilən elmi konfranslarda məruzələrlə çıxış edib, 2012-ci ildə ABŞ-ın Cleveland Universitetində endourologiya üzrə müşahidəçi olub.
Sübuta əsaslanan müasir müalicə üsulları və yeni nəsil tibbi avadanlıq
Avropa Urologiya Assosiasiyasının (EAU) protokollarına uyğun müayinə və müalicə
Məxfilik: müayinə nəticələriniz və şəxsi məlumatlarınız gizli saxlanılır
Müayinədən əməliyyata və sonrakı izləməyə qədər Dr. Seymur Mehtiyevin şəxsi nəzarəti
Bakıda uroloq-androloq: tez-tez verilən suallar
Bakıda uroloq-androloq qəbulu harada keçirilir?
Dr. Seymur Mehtiyev pasiyentləri Funda Hospitalda (Bakı, İsmayıl Hidayətzadə küç. 163) qəbul edir. Qəbula +994 50 555 20 30 nömrəsi ilə zəng edərək və ya WhatsApp-la yazılmaq olar.
Uroloq və androloq arasında fərq nədir?
Uroloq kişi və qadınlarda böyrək, sidik yolları və sidik kisəsi xəstəliklərini müalicə edir. Androloq kişi sağlamlığı ilə məşğul olur: sonsuzluq, ereksiya problemləri, hormon çatışmazlığı, varikosel. Dr. Seymur Mehtiyev hər iki sahə üzrə ixtisaslaşıb.
Hansı hallarda uroloqa müraciət etmək lazımdır?
Böyrək sancısı, sidikdə qan, tez-tez və ya çətin sidik ifrazı, prostat şikayətləri, ereksiya zəifliyi, 12 ay ərzində övladın olmaması, xayada ağrı və ya şişkinlik olduqda. Böyrək sancısı ilə birlikdə qızdırma varsa, gözləmədən xəstəxanaya müraciət edin.
Müalicə hansı protokollara əsaslanır?
Müayinə və müalicə Avropa Urologiya Assosiasiyasının (EAU) aktual tövsiyələrinə əsasən aparılır: böyrək daşlarında RIRS, URS və PNL, varikoseldə mikrocərrahi əməliyyat, prostat adenomasında endoskopik üsullar.
İlk qəbula nə gətirmək lazımdır?
Əvvəlki analizlər (sidik, qan, spermoqram, PSA, hormonlar), USM və KT nəticələri, qəbul etdiyiniz dərmanların siyahısı. Əgər analiz yoxdursa, lazım olanları həkim qəbulda təyin edir.
Pasiyent bələdçiləri: böyrək daşı: təcili əlamətlər · spermoqram normaları · PSA norması · testosteron çatışmazlığı · sidikdə qan · fimoz















